суббота, 26 марта 2011 г.

Saltıkov-Şedrin - Ağıllı qumlaqçı (Ağıllı qumbaşbalığı)


Saltıkov-Şedrin (əsl adı Mixail Yevqrafoviç Saltıkov) - məşhur ruz yazıçısı, satiriki, publisisti və tənqidçisi 1828 -ci il yanvarın 15 anadan olmuşdu. Onun ən məşhur əsərləri "Xoşniyyətli danışıqlar" (1872-1876), "Bir şəhərin tarixçəsi" (1870), "Taşkentli cənablar" (1869-1872), "Qolovlyov cənabları" (1880), "Nağıllar" (1869-1886) və s. 1889 -cu il aprelin 28 vəfat etmişdi.





Ağıllı qumlaqçı (Ağıllı qumbaşbalığı)
Премудрый пескарь
("Nağıllar" toplusundan, 1883 -cü il)

Biri varmış, biri yoxmuş, bir qumlaqçı varmış. Onun atası da, anası da ağıllı imış. Lap Nuh əyyamından çayda qorxa-qorxa yaşamışdılar, nə balıq şorbasına, nə durnabalığının ağzına düşmüşdülər. Oğlanlarına da bunu öyrətmişdilər. Qoca qumlaqçı öləndə oğluna demişdi: "Oğul, dünyada keflə yaşamaq istəyirsənsə, gözüaçıq ol!"

Cavan qumlaqçının da dərya qədər ağiı vardı. Bu ağlını işə salıb gördü ki, onun hər tərəfdən yolu kəsiltmişdir, tərpənməyə imkan yoxdıır. Ətrafında üzən balıqların hamısı yekədir, amma o, bu balıqların hamısından balacadır. Hər yetən balıq onu uda bilər; o heç birini uda bilməz. Bir də ki, o bir şeyi heç başa düşə bilmirdi: axı udmaq niyə? Xərçəng onu öz qısqacı ilə kəsib iki yere bölə bilər, su birəsi belinə yapışıb qanını sora-sora, əzab verə-verə onu öldürə bilər. Qumbaşbalıqları da onun ağcaqanad tutduğunu görən kimi sürü ilə üstünə cumar, ağcaqanadı onun əlindən alıb öz aralarında dalaşmağa başlarlar, ağcaqanadı da nahaq yerə əzib tökərlər.



Bəs insan? Heç belə də hiyləgər məxluq olar? qumlaqçını nahaq yere məhv etmək üçün min cür fitnə-fəsad düzəldirlər. Cürbəcür tor atırlar, səbət atırlar, bir də ki... tilov! Belə baxanda deyir-sən ki, dünyada tilovdan səfeh şey olmaz. Nazik bir ip, ipin ucunda bir qarmaq, qarmağa da bir soxulcan, ya milçək taxılıb... Özü də necə taxılıb? Lap sarsaq bir şəkildə! Amma ən çox da qumlaqçıları bu tilova düşür!

Qumlaqçının qoca atası dəfəlerlə onu tilovdan çəkindirib demişdi: "Hər şeydən çox, özünü tilovdan gözlə! Hərçənd tilov çox səfeh şeydir, ancaq nə qədər səfeh olsa da, biz qumlaqçılan üçün bir o qədər qorxuludur. Guya yaxşılıq eləmək üçün bizə milçək atırlar, elə ki bu milçəyə ağız atdın - işin bitdi, heç demə, bu mil-çəkdə ölüm varmış".

Qoca öz oğluna, bir dəfə az qala şorbaya düşəcəyindən də danışdı. O zaman adamlar balığı artellə dəstə-dəstə olub tutarmışlar. Bütün çay eni suya tor atar, iki verstə qədər bu torı çayın dibi ilə sürüyə-sürüyə apararmışlar, tora da hədsiz-hesabsız balıq düşərmiş! Bıırada durnabalığı da olarmış, xanıbalığı da, ilarya balığı da, çampabalığı da, yayın balığı da... Hətta tənbəl çapaq balıqlarını da suyun dibin-dən, ot-əncər arasından sürüyüb çıxararlarmış! Tora düşən qum-başbalığının daha heç sayı-hesabı olmazmış! Qoca qumlaqçı da onda yamanca işə düşübmüş: onu tora salıb, çayın dibi ilə sürü-yəndə o elə qorxular keçiribmiş ki, meşələr qələm olsa, dənizlər mürəkkəb - bunu yazıb başa çatdırmaq olmaz! Hiss edirmiş ki, onu harasa aparırlar, amma hara apardıqlarını bilmirmiş. Baxıb görür-müş ki, bir tərəfındə durnabalığı, bir tərəfində də xanıbalığı durub, öz-özünə deyirmiş ki, indi bu saat bunlardan biri məni yeyəcək.



Amma ona dəymirlermiş... "Qardaş, onda hər kəs öz başı hayında idi, heç yemək yada düşmürdü. Hamı ancaq bir şeyi fikirləşirdi: ölüm ayağıdır! Ancaq bunun necə, nə üçün baş verdiyini heç kəs bilmirdi. Axırda toru yığmağa başladılar, çəkib sahilə çıxartdılar, balıqları otun üstünə tökdülər. Mən də balıq şorbasının nə demək olduğunu burada gördüm. Qum üstündə qırmızı bir şey titrəyirdi, bundan da havaya boz duman qalxırdı, elə də isti idi ki, mən o saat süstləşib əldən düşdüm. Onsuz da susuzluqdan yamrdım. Həmin bu "tonqal"ın üstünə qara bir şey qoyulmuşdu, onun içindəki su, fırtınalı göl ktmi dalğalanırdı, qara şeyə də "qazan" deyirdilər. Axırda dedilər ki, balıqları qazana atın, qoy "şorba" olsun! başladılar balıqları qazana tökməyə. Balıqçı böyük balıqlardan birini qazana atanda, baliq əvvəl suyun dibinə gedirdi, sonra dəli kimi  suyun üzünə qal-xırdı, sonra yenə də suyun dibinə gedib sakitləşirdi, Bununla da mən balıq şorbasının nə  demək olduğunu gördüm. Əvvəl heç ağına-bozuna baxmırdılar, əllərinə keçəni qazana atırdılar, sonra qoca  balıqçı mənə baxıb dedi: "Belə xırda şeydən nə şorba olar, qoy getsin çayda böyüsün!" Bunu deyib məni  qəlsəməmdən tutub suya atdı. Mən də axmaq deyildim ki: var gücümlə birbaş evə qaçdım. Gəlib gördüm  ki, arvadım yuvadan bayıra baxır, özü də o qədər qorxub ki, nə ölü kimi ölüdür, nə diri kimi diri... 
 
Axırı nə oldu?! Qoca, balıq şorbasından, bunun necə hazırlanmasından çox danışdı, lakin, hələ indiyə qədər çayda çox azı balıq şorbasının nə demək olduğunu düzgün başa düşmürlər...

Cavan qumlaqçı atasının öyüd-nəsihətini unutmadı, onu yaxşıca yadında saxladı. O elmli, bitərəf liberal, dünyagörmüş bir qumlaqçı idi, özü də çox yaxşı bılirdi ki, yaşamaq, ömür sürmək - çömçə yalamaq deyil. Öz-özünə deyirdi: "Gözüaçıq ol, yoxsa tələf olub gedərsən". O da yaşamağa, ömür sürməyə başladı. Hər şeydən əvvəl düşünüb, belə bir qərara gəldi: "Özümüzə gərək elə bir yuva tikəm ki, məndən başqa heç kəs ora girə bilməsin!" Bütün bir il öz burnu ilə eşə-eşə bu yuvanı qayırdı. Bu müddətdə gecələri gah lil içində, gah ayıpəncəsi altında, gah cil arasında qalıb çox qorxular keçirtdi! Axır ki, yuvanı hazırlayıb qurtardı. Çox da gözəl yuva oldu; təmiz, səliqəli! Elə bir yuva ki, ancaq özü yerləşə bilərdi. Yaşamaq haqqında onun ikinci qərarı bu oldu: gecə, insanlar, heyvanlar, quşlar, baliqlar yatandan sonra gəzməyə çıxacaq, gündüz də yuvada qalıb titrəyəcək. Hər necə olsa, ona yemək-içmək lazımdı, ancaq o nə maaş alırdı, nə də qulluqçu saxlayırdı; buna görə günortaya yaxın bütün balıqlar çox olanda, yuvadan çıxacaq, görsün ki, bəlkə cücüdən-zaddan tuta bildi. Tuta bilməsə, gedib ac-acına öz yuvasına girib uzanacaq, yenə də titrəməyə başlayacaq. Tox qarınla həyatdan məhrum olmaqdansa, ac qalmaq yaxşıdır!

O belə də eləyirdi. Gecələr gəzməyə çıxardı, ay işığında çimərdi, gündüz də yuvasına girib titrərdi. Ancaq günorta vaxtı cücüdən-zaddan bir şey tutmaq üçün yuvadan bayıra çıxardı, Bu vaxt da ne tutmaq olardı! Günorta vaxtı ağcaqanadlar istidən yarpaq altında gizlənir, cücülər də ağac qabığının arasına girir. O ancaq su içib yuvasına qayıdardı, vəssalam!

Bu qayda ilə günü-günə sataraq yuvasında qalardı, gecələr doyunca yuxu yatmazdı, doyunca yemək yeməzdi, özü də hemişə fikirləşərdi: "Deyəsən axı sağ-satamatam? Ah, görəsən sabah nə olacaq?" Sonra da birtəhər gözünə yuxu gedərdi. Yuxusunda da görərdi ki, onun uduş bileti var, özü də iki yüz min udub... Sevincindən özünü unudaraq, o biri böyrü üstə çevrilərdi, bir də görərdi ki, başının yarısı yuvadan bayıra çıxıb... Bu zaman ora balaca bir dumabalıği gəlsəydi, onun halı necə olardı: onu dartıb yuvasındançıxarardı!

Bir gün yuxudan ayılıb gördü ki, düz yuvasının qabağında bir xərçəng dayanıb. Elə də sakit dayanıb ki, sanki ovsunlanıb, gözlərini bərəldib ona baxır. Ancaq axan su onun bığlarını tərpədir. O yaman qorxdu! Hava qaralana kimi xərçəng onu güddü, yuvadan bayıra çıxmasını gözlədi, o da öz yuvasında qalıb tir-tir əsdi.
Bir gün də, dan yeri ağarana yaxın, yuvasına təzəcə qayıtmışdı, şirin-şirin əsnəyərək təzəcə yatmağa
hazırlaşırdı, bir də gördü ki, haradansa bir durnabalığı gəlib düz onun yuvasının qabağında durub, dişlərini şaqqıldadır. Durnabalığı bütün günü onun keşiyini çəkdi, sanki ona baxmaqdan qarnı doyurdu. Lakin o durnabalığını da aldatdı: yuvadan bayıra çıxmadı ki, çıxmadı.  



Bu əhvalat da bir gün deyil, iki gün deyil, hesab elə ki, hər gün onun başına gəlirdi. Hər gün o, titrəyə-titrəyə qalibiyyət qazanırdı, üstün gəlirdi, hər gün də öz-özünə deyirdi: "Şükür sənə, Tanrı, sağ-salamatam!"

Bu hələ harasıdır: o evlənməmişdi, oğul-uşağı yox idi. Amma atasının böyük bir ailəsi vardı. O belə düşünürdü: o zaman atam çox asanlıqla yaşaya bilirdi! Onda durnabalıqları mərhəmətli idi, xanı-balıqları bizim kimi xırda-xuruş şeylerə göz dikməzdi. Hərçənd bir dəfə atam az qala şorba qazanına düşəcəkmiş, ancaq yenə də bir qoca tapılmış, onun canını qurtarmışdı! Amma indi, balıq ki çaylardan qurtarıb,  qumlaqçıları da hörmətı minmişlər. İndi heç ailə yada düşrnür, hər kəs öz başı hayındadır! 

Ağıllı qumlaqçı bu qayda ilə yüz ildən çox yaşadı. Həmişə də tir-tir əsərdi. Onun nə dostu vardı, nə qohum-əqrəbası; o heç kəsin evinə getməzdi, heç kəs onun evinə gəlməzdı. Qumar oynamazdı, çaxır içməzdi, papiros çəkməzdi, gözəl qızların dalınca düşməzdi. Ancaq tir-tir əsərdi, həmişə də ancaq bir şey düşünərdi: "Şükür Tanrıya! Deyəsən, sağ-salamatam!"
Hətta durnabalıqları da onu tərifləməyə başladıiar: dedilər: "Hamı belə yaşasaydı, çayda da sakitlik olardı!" Ancaq onlar bunu bicliklə deyirdilər, istəyirdilər ki, qumlaqçı bu tərifə aldanıb bayıra çıxsın, desin ki, həmin tərif olunan balıq mənəm! Onlar da elə o saat onu qapıb yesinlər! Bu hiyləyə də aldanmadı, fıtnə-fəsad törədən düşmənə yenə də öz ağlı ilə qalib gəldi!




Yüz il keçdi; bundan sonra o, daha neçə il yaşadı - bunu heç kəs bilmirdi. Ancaq bir gün ağıllı qumlaqçı ölməyə başladı. O öz yuvasında böyrü üstə yatıb fıkirləşirdi: "Şükür Tanrıya, mən də atam kimi, anam kimi öz əcəlimlə ölürəm!" Elə bu arada durnabalığının sözü yadına düşdü: "Əgər hamı bu ağıllı qumlaqçı kimi yaşasaydı..." "Doğrudan da, hamı mənim kimi yaşasaydı, onda nə olardı?.."

O öz dərya qədər ağlı ilə götür-qoy eleməyə başladı, birdən elə bil ki, kim isə pıçıldayaraq ona dedi; "Hamı sənin kınıi yaşasaydı, onda yəqin ki, bütün qumlaqçının nəsli lap çoxdan kəsilmiş olardı!" Qumlaqçı nəslinin kəsilməməsi üçün, hər şeydən əvvəl, ailə lazımdır, amma onun ailəsi yoxdur. Bir də ki, qumlaqçı ailəsinin möhkəm olması, inkişaf etməsi, həm də üzvlərinin sağlam və gümrah olması üçün onlar gərək öz təbii mühitlərində yaşayıb, tərbiyə olunsunlar, sənin kimi yuvanın ala-qaranlığında ömürlərini  çürüdüb gözlərini kor eləməsinlər. Bundan əlavə, gərək qumbaş-balıqları lazımınca yemək yesinlər,  cəmiyyətdən qaçmasınlar, bir-birinə hörmət eləsinlər, bir-birindən xeyirxahlıq və başqa gözəl şeylər  öyrənsinlər. Ancaq belə bir həyat qumlaqçı nəslini inkişaf etdirə bilər, onun cırlaşıb məhv olmasına yol  verməz.

Bəziləri elə zənn edirlər ki, qorxudan ağlını itirən, yuvada tir-tir əsən qumlaqçıları ləyaqətli vətəndaş hesab oluna bilərlər, -onlar yanılırlar. Onlar vətəndaş deyil, olsa-olsa xeyirsiz qumlaqçıdır. Onlar heç kəsə nə yaxşılıq elər, nə pislik; nə xeyrə yararlar, nə şərə; onların varlığı ilə yoxluğu hiss ohunmaz... boş-boşuna  yaşarlar, nahaq yerə yer tutarlar, yemek yeyərler...

Bu şeyləri elə açıq, elə aydın təsəvvür etdi ki, birdən onun könlündə böyük bir arzu oyandı: "gəlsətnə yuvadan çıxıb, bütün çay boyu lovğa-lovğa bir üzüm!" Bunu düşünən ktmi yenə də qorxdu. Yenə də titreyə-titrəyə ölməyə başladı. O titrəyə-titrəyə yaşamışdı, titrəyə-titrəyə də ölürdü! 

Keçirdiyi həyat bir anda onun gözləri önündə canlandı. Onun fərəhli günləri olmuşdurmu? O kimin könlünü ovundurmuşdu? Kimə xeyirli bir məsləhət vemıişdi? Kimə xoş bir söz demişdi? Kimi öz yanına sığındırmış, isindirmiş, kimi müdafiə etmişdi? Onun yaşayıb-yaşamadığmdan kimin xəbəri vardı? Kim onu xatırlayacaqdı?

Bu sualların hamısına ancaq mənfı cavab verməli oldu. O bütün ömrü boyu tir-tir əsmişdi, ayrı heç bir şey eləməmişdi. İndi ölüm onun başının üstünü almışdı, o  yenə də titrəyirdi, özü də heç bilmirdi ki, nə üçün titrəyir. Onun yuvası qaranlıqdı, dardı, heç tərpənməyə  imkan yoxdu. Ora gün işığı düşmürdü, orada istilik hiss olunmurdu. O gücdən düşmüşdü, gözlərinin işığı  sönmüşdü, o heç kəsə lazım deyildi, belə bir vəziyyətdə də yuvasının rütubətli qaranlığı içində yıxılıb  qalmışdı; gözləyirdi ki, ölüm nə vaxt onu aparacaq, bu mənasız yaşamaqdan xilas edəcəkdir.

Yuvasının qabağından başqa balıqların o yan-bu yana qaçışdığını eşidirdi: bəlkə onlar da qumlaqçıdır!..  

Heç biri onunla maraqlanmır; bircəciyinin də ağlına gəlmir ki, desin: qoy gedim bir bu ağıllı qumlaqçından soruşum, görüm o necə eləmişdi ki, yüz ildən də çox yaşaya bilmışdir: nə durnabalığı onu udmuş, nə xərçəng öz qısqacları ilə onu iki yerə bölmüş, nə də balıqçı öz tilovu ilə onu tuta bilmişdir... Öz keflərinə üzüb gedirlər. Bəlkə də bu yuvada ağıllı qumlaqçının öz ömrünü başa vurduğunu heç bilmirlər?!. 

Hər şeydən də çox ona ağır gələn nə idi: heç kəs onu ağıllı adlandırmırdı! Elə hamı deyirdi: "bir sarsaq var: yemir, içmir, heç kəsin yanına getmir, heç kəslə duz-çörək kəsmir, elə ancaq öz mənfur həyatını qoruyur,  — bunu eşitmisənmi?!" Hətta bəziləri onu axmaqda, bədnam da adlandırır, suyun belə səfehlərə necə  dözdüyünə təəccüb edirlər...

O öz ağlı ilə bu cür götür-qoy eləyirdi, yuxuya gedirdi. Əslində o yuxuya getmirdi, yavaş-yavaş huşunu itirirdi. Onun qulaqları səs salırdı. O can verirdi, bütün bədəni sustaldı. Yenə əvvəlki gözəl yuxunu gördü. 
Gördü ki, iki yüz min manat udmuşdur, yarım arşın böyümüşdür, özü də durnabalığını udur...

Bunları yuxuda gördükcə onun başı yavaş-yavaş yuvasından bayıra çıxdı.

Birdən yox oldu! Ona nə oldu? Durnabalığımı onu uddu? Xərçəngmi qısqaclan ilə iki yerə böldü? Ya özümü öz əcəli ilə ölüb suyun üzünə qalxdı, - bunu görən olmadı. Yəqin ki, öz əcəli ilə ölmüşdü; çünki durnabalığına nə düşmüşdü ki, belə can verən, xəstə, özü də belə ağıllı qumlaqçını udsun!



пятница, 25 марта 2011 г.

Abdulla Şaiq - Uşaqlar üşün şeirlər

Uşaqlar üçün internetdə nağıl və şeir axtarirdim. Belə də rahat tapmaq olmur. Ona görə bəzilərini bloqda yerləşdirəcəm, kimə sə lazım olar.



Abdulla Şaiq



KEÇİ

Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma
Dağa-daşa dırmanma

Bir qurd çıxsa qarşına
Sən nə edərsən ona?

Çoban açınca gözün
Qalar iki buynuzun.




XORUZ

Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!




UŞAQ VƏ DOVŞAN

U ş a q

-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.

D o v ş a n

-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.





QUZU

Bir obada körpə quzu,
Mələr-mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.


Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.


Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.


Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.


Quzum çıxdı göy otlağa
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.






YETİM CÜCƏ


Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!

Açma o nazlı dimdiyin,
Tək gəzinib sıxılma çox,
Ağlayıb nalə qılma çox.

Qəm yemə, sus, bir az dayan,
Mən olaram sənin anan.

Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm.

Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!




BİR QUŞ


Bir quş səhər ertə bağçabağda,
Çör-çöp daşıyıb yuva tikirdi.

Gah şad oxuyurdu bir budaqda,
Gah da uçub ot, saman çəkirdi.

İstər quşum olsun aşiyanı,
Çör-çöp daşıyır havada hər dəm.

İşdən yorulub duran zamanı
“Cik-cik” oxuyurdu şad, xürrəm.





ASLAN, QURD VƏ TÜLKÜ

Bir zaman tülkü, qurd, həm aslan –
Hər üçü bağladı belə peyman:
Ki bu gündən ələ nə düşsə şikar
Üç yerə qismət eyləsin onlar.


Hamı “əhsən” dedi bu dadlı sözə.
Ov üçün çıxdılar bir otlu düzə.
Dərə ağzında tapdı üç ortaq:
Bir qoyun, bir keçi, quzu, oğlaq.


Dedi aslan: – Gəlin ovu bölüşək,
Bu qoyun ki, mənə çatar bişək.
Quzu olsun gərək mənim payım,
Çünki sizlərdə yox mənim tayım,


Bu keçi də gərək mənə yetişə,
Olmasın bir kəsin sözü bu işə.
Oğlağa kim uzatsa əl, bunu bil,
Eylərəm mən onun əlini şil.





BƏNÖVŞƏ

Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.


Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.


Qurudar məni ayaz,
Yaşayıram bircə yaz.
Rəngim, ətrim gözəldir,
Əl vurmayın, ömrüm az.





QƏRƏNFİL

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.


Mən, bağban qızı
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.


Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!






QIZIL GÜL

Qızıl güləm, qızıl gül,
Məni sevər hər könül.
Yaşıldır incə belim,
Qızıldandır hər telim.


Səhər erkən açaram,
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?


Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızıl gül,
Sən ey qönçəm, açıl, gül!





KƏNDLİ VƏ İLAN


Gəldi bir kəndlinin yanına ilan.

Dedi: “Bundan sonra mənə gəl inan

Dost olaraq etibarımız olsun,

Əhd-peyman, qərarımız olsun.

Daha məndən qoruma sən özünü,

Mənə gəl yaxşı bax, sil gözünü.

Çıxmışam təzəcə qabıqdan mən,

Olmuşam indi başqa heyvan mən”.

Nə ilan kəndlini inandırdı,

Nə də öz mətləbini qandırdı.

Götürüb kəndli bir yekə payanı

Dedi: “Get, axmağı, səfehi tanı!

Qabığın tazə-bəs nə adətdir.

Ürəyin dop-dolu xəyanətdir?

İlana etibarımız olmaz.

Başı heç yer üzündə sağ qalmaz”.

Bu sözü söyləyib vurub ilanın

Başını əzdi, aldı orda canın.






GÖYƏRÇİN


Göyərçinəm, göyərçin,

Kəkilim vardır çin-çin.

Ellər məni bəsləyir,

“Uğurlu quşdur”, – deyir .

Sülhün bir rəmziyəm mən.

Canlı göyərçinlərdən

Ancaq mən çox fərqliyəm,

Əlimdə kağız, qələm,

Başımda fikir, ağıl,

Yazıram şeir, nağıl;

Arabir də hekayət,

Oxuyan alır ibrət.

Gözəl şəkillərim var,

Böyük əməllərim var.

Uşaqlar sevir məni

Səsim tutub ölkəni.

İndi bilin, balalar,

Nə istəsəz, məndə var.






KƏPƏNƏK


Mənəm qanadlı çiçək,

Adım isə kəpənək.

Al-əlvan xallarım var.

Qızıl kimi parıldar.

Qanadımı açaram,

Budaq – budaq uçaram.

Yuvam, otağım ancaq

Olur yaşıl bir yarpaq,

Mənim dostumdur hər gül,

İncə telli göy sünbül.

Oynağımdır çöl, çəmən,

Məni tutmaq istəyən,

Ey mehriban uşaqlar,

Siz yaşayın bəxtiyar!

Mənim də bu dünyada

Bir başqa aləmim var…






BÜLBÜL


Oxu, bülbülüm, oxu,
Yazdır, səhər çağıdır.
Oxu, sənin xoş səsin
Şənliklər qaynağıdır.


Oxu, oxu, xoş nəğmən
Nəşə versin ellərə.
Şən səsin, xoş nəfəsin
Yayılsın bu çöllərə.


Oxu, çöldə, çəməndə,
El əkəndə, biçəndə,
Başla yeni bir dastan
Biz bənövşə dərəndə.


Bülbülüm, tik yuvanı,
Bəslə, böyük balanı.
Qoy nəsliniz çoxalsın,
Biz böyüyən zamanı.





TÜLKÜ VƏ DƏVƏ


Dəvə otlaya-otlaya,
Kənddən bir az uzaqlaşdı.
Yetişdi bir daşqın çaya,
Sudan içib, çayı aşdı.


Dizin büküb çökdü yerə,
Ürəyində yoxdu qorxu.
Xumarlandı birdən-birə
Gözlərinə girdi yuxu.


Tülkü çıxdı yuvasından,
Görüncə yatmış dəvəni.
Ürəyində dedi: “Ay can!
Bəxtim ac qoymayır məni.


Zorba dəvə ayağıyla
Gəlmiş yuvanın ağzına.
Onu keçirməkçün ələ,
Quyruğumu quyruğuna


Kəndir kimi bağlayaram,
Çəkib yuvama dəvəni,
Ürəyini dağlayaram;
Bir ay doyurar o məni”.


Bunu deyib, tez yan aldı,
Dediyinə əməl etdi.
Qüvvətini işə saldı,
Quyruğunu ha tərpətdi,


Dəvə etmədi hərəkət,
Tərpənmədi heç yerindən.
Tülkü işlədirkən qüvvət
Zorba dəvə gördü birdən


Tərpədirlər quyruğunu;
Hövl ilə qalxdı ayağa;
Bu iş qorxutmuşdu onu,
Üz qoydu kəndə qaçmağa…


Tülkü havada sallanmış…
Qurtarmaqçün öz canını:
Gah buduna batırır diş,
Gah keçirir dırnağını.


Dəvə aldıqca hər yara,
Qaçır daha sürət ilə.
Tülkü ağa düşüb dara,
Hey vurnuxur qüvvət ilə.


Kəndə çatınca tülkünü
İtlər görüb, hov-hov saldı.
Dağıtdılar boz kürkünü,
Hərəsi bir dişlək çaldı.






ÇOCUQ VƏ QAYA


Bir qayaya çıxmış idi bir çocuq,

Gördü qayanın içi oyuq-oyuq.

Baxdı yenə qarşıdakı dağlara,

Dərələrə, təpələrə, bağlara.

Şövqdən oldu o çocuq biqərar,

Başladı qışqırmağa biixtiyar.

Gəldi qayadan ona əksi-səda,

Eylə bildi başqa çocuqdur o da.

Sevinərək səslədi: “Ey, gəl bura!”

Aldı qayadan cavabın: “Gəl bura!”

Hər nə ki bu uşaq ona söylədi,

Daş qayalar rədd cavab eylədi.

Qaldı məhəttəl bu işə o uşaq,

Birdən onu söydü: “Ey eşşək, axmaq”

Gördükü o uşaq da söyür bunu.

Acıqlanıb istədi tapsın onu.

Durdu qayanı gəzib axtarmağa

Bunu söyən uşağı tez tapmağa.

Gəzdi, dolaşdı qayanı hər qədər,

Tapmadı ancaq o uşaqdan əsər.

Oldu bu işdən uşağın qəlbi qan,

Evlərinə qayıtdı çox pərişan.






ARI

Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,
Gözəl qoxu saçınca

Uçaram göy yamaca,
Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,
Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,
Pətəyimə tökərəm,

Çalışıram doqquz ay,
Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,
Mənə: “Sağ ol!” desinlər.



Məlikməmməd – Azərbaycan nağılı

Uşaqlar üçün internetdə nağıl və şeir axtarirdim. Belə də rahat tapmaq olmur. Ona görə bəzilərini bloqda yerləşdirəcəm, kimə sə lazım olar.



Məlikməmmədin nağılı.

© Xalqın söz xəzinəsi. 1985.


Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesəymiş on beş yaşında oğlan olarmış.
Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axır padşah təngə gəlib böyük oğlunu yamna çağırdı. Oğul atasımn qulluğuna gələn kimi baş endirib dedi:
—Ata, sənə fəda olum, mənə görə nə qulluq? Atası dedi:
—Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, almanı oğurlayam tutasan ki, tənbih oluna.
Oğlan atasımn əlindən öpüb çıxdı, ox-kamamm götürüb dava libasım geyinib bağa getdi.
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh, alma yetişən vaxt yuxu onu tutdu. Bir zaman ayılıb gördü ki, alma yerində yoxdu, dərilibdi. Padşahın böyük oğlu kor-peşman evə qayıtdı. O biri gün padşah ortancıl oğlunu yamna çağırıb dedi:
—Belə də iş olarmı? Mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, ondan heç yeməyəm. Gərək nə təhər olsa, alma oğurlayam tutasan ki, tənbih oluna.
Ortancıl oğlan atasımn əlindən öpüb çıxdı, ox-kamamm götürdü, dava libasını geyib bağa getdi. Bu da bir saat gözləyib, iki saat gözləyib axırda alma yetişən vaxtı yuxuya gedib yatdı. Bir zaman ayılıb gördü alma dərilib. Kor-peşman evə qayıtdı.
Bu xəbəri padşahın balaca oğlu Məlikməmməd eşitcək, atasımn yamna gəldi. Ədəblə baş endirib dedi:
—Ata, izin ver, bu səfər də alma ağacımn keşiyini mən çəkim.
Atası dedi:
—Səndən böyük qardaşların deyirdilər, alma ağacımn keşiyini çəkib oğrunu tutacağıq, amma tuta bilmədilər. Kor-peşman geri qayıtdılar. İndi sən gedib nə qayıracaqsan?
Məlikməmməd əl çəkməyib, atasından təvəqqə elədi ki, ona izin versin. Atası çar-naçar izin verdi. Məlikməmməd kefi kök, damağı çağ, qayıdıb öz otağına gəldi. Elə ki, gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib ox-kamamm götürüb bağa getdi. O biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Xəncərini çıxarıb, barmağımn başım yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağımn ağrısından yata bilmədi.
Sübhə yaxın gördü ki, bir gurultu, bir nərilti gəlir, ta nə təhər... Durub ağacın dalında gizləndi ki, görsün bu nədir. Bir vaxt gördü ki, bir div gəlir, boyu minarə kimi, adam baxanda bağrı yarılır, elə bilirsən bir dağ qopub gəlir.
Məlikməmməd o saat barmağım dişləyib dedi: —Aha, almam aparan bu imiş.
Div gəlib alma ağacına yaxınlaşanda Məlikməmməd birdən onun başına elə bir qılınc vurdu ki, qılınc zərbdən iki parça olub əlindən yerə düşdü. Div o saat qayıdıb, nərə çəkə-çəkə qaçdı.
Sabah olan kimi Məlikməmməd almaları yığıb bir məcməiyə qoydu, üstünə də bir örtük çəkib atasına apardı. Padşah almaları görcək çox şad oldu.
Məlikməmməd dedi:
—Ay ata, izin ver, qamn iziynən gedib divi öldürüm.
Padşah razı oldu. Məlikməmmədə bir qədər də qoşun verib, o biri oğlanlarım da ona qoşdu və yola saldı. Az gedib, üz gedib, dərə, təpə düz gedib bir quyuya rast gəldilər. Bildilər ki, div bu quyuya giribdi. Quyunun ağzına bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər daşı götürüb içəri girsinlər. Əwəl böyük oğlan daşdan yapışdı, nə qədər çalışdı, yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdı daşa gücü çatmadı. Növbə Məlikməmmədə yetişdi. Bu daşa yapışdı, bir dəfə güc verib daşı götürdü, kənara atdı. Daşı atandan sonra divin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyib dedi:
—Gərək məni sallayasımz.
Dedilər:
—Yaxşı.
O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az sallamışdılar ki, bərk çığırdı:
—Ay yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan qabağa yeriyib dedi:
—Məni quyuya sallayın, divin dalınca gedim.
Yenə razı oldular, kəndiri belinə bağlayıb, onu quyuya salladılar.
Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, quyudan səs gəldi:
—Ay yandım, çəkin!
Yenə çəkdilər.
Axırda növbə Məlikməmmədə yetişdi. Məlikməmməd qabağa yeriyib dedi:
—Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın.
Məlikməmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çığırmağa başladı:
—Ay yandım, çəkin!
Bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi, gördü ki, yavaş-yavaş isti azalır. Quyunun tərkinə çatana kimi, bir o yana, bir bu yana baxıb gördü ki, bir yol var. Belindən kəndiri açıb yolnan başladı getməyə. Məlikməmməd az getdi, çox getdi, gördü ki, bu otağın içindən də bir qapı var, bu qapını açdı, bir ayrı otağın içində də bir qapı var, bu qapını açdı, bir ayrı otağa girdi. Onun da qapısım açdı... Belə-belə Məlikməmməd yeddinci qapını açdı. Gördü burda taxtın üstündə elə bir nazənin əyləşib ki, yemə, içmə, xətti-xalına gül-camalına tamaşa elə. Qızın dizi üstə bir div başını qoyub yatmışdı.
Qız Məlikməmmədi görcək dedi:
—Ey cavan, kimsən, nəkarasan? Heyifsən, qaç gizlən. Div yaralanıb acığı tutub. Ayılıb, səni bir dəqiqə də sağ qoymayıb yeyəcək.
Məlikməmməd dedi:
—Mən elə bu divi öldürməkdən ötrü bura gəlmişəm. Məlikməmməd xəncərini çıxarıb, divin ayağını deşməyə başladı. Div gözlərini açıb qıza dedi:
—Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd bir az sakit olub yenə başladı divin ayağım deşməyə. Div gözlərini açıb çığırdı:
—Qoyma, ayağımı milçək yedi.
Üçüncü dəfə Məlikməmməd divin ayağım deşəndə div yerdən qalxıb qıza bir şapalaq vurdu, dedi:
—Sənə demirəm ayağımı milçək yedi?!
Bu halda Məlikməmməd yerindən şir kimi sıçrayıb, divnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşdilər. Heç biri o birisini yıxa bilmədi. Axırda hər ikisi gücdən düşdü. Div dedi:
—Hər kəssən, buraya gəlmisən, bir az möhlət ver yatım, sonra yenə güləşərik.
Məlikməmməd razı oldu. Div başını yenə qızın dizi üstünə qoyub yatdı. Durdu, yenə başladılar güləşməyə. Bu minvalnan yeddi gün, yeddi gecə güləşdilər.
Axırda qız Məlikməmmədə dedi:
—Ey cavan, o taxçada bir şüşə var, bu divin canı o şüşədədi. Onu sındırmasan, divə güc gələ bilməyəcəksən.
Məlikməmməd sıçrayıb taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir quş çıxıb uçmaq istəyəndə Məlikməmməd o saat onu tutdu. Div yerindən qalxıb yalvarmağa başladı:
—O quşa dəymə, dünyada nə istəyirsən sənə verim. O quşu öldürmə, o mənim canımdı.
Məlikməmməd qəbul etməyib dedi:
—Mənim elə axtardığım bu idi.
Sonra quşun başım üzüb yerə atdı. Həmin saat div gurultu ilə taxtdan düşüb öldü.
Məlikməmməd divi öldürdükdən sonra başını qızın dizinin üstünə qoyub doyunca rahatlandı. Bir qədər keçdi, durub o biri otağa girdi.
Məlikməmməd gördü ki, burda əvvəlkindən də gözəl bir qız oturubdu, bunun da dizi üstə bir div başını qoyub yatıb.
Qız Məlikməmmədi görəndə dedi:
—Ey cavan, yazıqsan, qayıt qaç. İndicə div oyanar, səni parça-parça elər.
Məlikməmməd dedi:
—Qorxma, ay qız, divi öldürəcəyəm.
Məlikməmməd qılıncım çıxarıb divin ayağım deşməyə başladı. Div gözlərini açıb qıza dedi:
—Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd bir az sakit olub, yenə başladı divin ayağım deşməyə. Div gözlərini açıb qıza dedi:
—Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd üçüncü dəfə divin ayağım deşəndə, div yerindən qalxıb qıza bir şapalaq vurdu, dedi:
—Sənə demirəm ayağımı milçək yedi?!
Məlikməmməd yenə sıçrayıb divnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşib bir-birini yıxa bilmədilər. Axırda Məlikməmməd divi yuxuya verdi, taxçadakı şüşəni sındırıb quşu tutdu, başım üzən kimi div gurultuynan yıxılıb öldü.
Məlikməmməd qızın dizi üstə başım qoyub bir az rahat oldu. Sonra üçüncü otağa girdi. Burda taxtın üstə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların ikisindən də gözəl idi. Elə gözəl idi ki, yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə.
Məlikməmməd qıza lap ürəkdən aşiq oldu. Qızın da gözü Məlikməmmədə düşdü. Qız yalvardı ki, ay cavan, heyifsən, qaç gizlən. Div gəlib səni yeyəcək.
Məlikməmməd qıüaq asmayıb bir az oturdu, bir də gördü ki, göy guruldadı, ildırım çaxdı, dağ kimi bir div gəldi.
Bunlar qırx gün, qırx gecə güləşdilər. Bu divin də cam şüşədə idi. Məlikməmməd şüşəni cəld götürüb yerə çırpdı, quşun boğazım üzdü, div öldü.
Məlikməmməd kefi kök, damağı çağ, başını qızın dizi üstə qoyub yatdı.
Məlikməmməd yuxudan duran kimi, qızları başına yığıb, vəzndən yüngül, qiymətdən ağır şeylərdən götürüb quyunun tərkinə gəldi. Əwəl böyük qızın belinə kəndir bağladı, qardaşları yuxarı çəkdilər, ondan sonra ortancıl qızın. Növbə balaca qıza gələndə qız Məlikməmmədə dedi:
—Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram qardaşların görərlər ki, mən o birilərdən gözələm, paxıllıqları tuta, kəndiri kəsib, səni quyuya salalar.
Məlikməmməd razı olmadı. Qız dedi:
—İndi ki, razı olmursan, barı bu dediklərimə qulaq as. Kəndiri kəsəcəklər, yenə quyunun tərkinə düşəcəksən. O vaxt döyüşə-döyüşə iki qoç gələcək, biri ağ, biri qara. Ağ qoçun belinə minən kimi, işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən qaranlıq dünyaya düşəcəksən.
Məlikməmməd qızın sözünə qulaq asandan sonra onun belinə ip bağladı, qızı yuxarı çəkdilər. Kiçik qız quyudan çıxanda qardaşların ağılları başlarından çıxdı, dedilər:
—Bəs Məlikməmməd kiçik qardaş olduğu üçün kiçik qızı özünə götürəcək.
Bunların paxıllığı tutdu, yarı yolda Məlikməmmədin kəndirini kəsdilər. O, şappıltıynan quyunun tərkinə düşdü.
Quyuda Məlikməmməd bikef oturmuşdu. Bir də gördü ki, qız deyən ağ qoçnan qara qoç budu, döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayıb ağ qoçun belinə mindi. Amma qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı.
Burda Məlikməmməd bir ağacın dibinə gəldi. Elə bir az oturmuşdu, gördü bu ağaca bir əjdaha dırmaşır. Əjdaha bir az yuxarı qalxmışdı ki, ağacın başında çoxlu quş balasımn səsi gəldi.
Demə, bu ağacda Zümrüd quşunun yuvası var imiş. Bu Zümrüd quşu nə vaxt ki, yumurtadan bala çıxarıb bəslərmiş, balaları böyüyəndə əjdaha gəlib onları yeyərmiş. Zümrüd quşu da bala üzünə həsrət qalarmış. Bu dəfə də əjdaha ağaca dırmaşırdı ki, yenə Zümrüdün balalarım yesin. Məlikməmməd bunu gördü, cəld qılıncım çəkib əjdaham iki parça elədi. Sonra ağacın dibində yatdı.
Sizə kimdən deyim, Zümrüd quşundan. Zümrüd quşu balalarına dən gətirməyə getmişdi. Qayıdıb gələndə ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalannı yeyən bu adamdı. Cəld gedib dimdiyinə bir iri daş aldı, istədi Məlikməmmədin üstünə salsın. Balaları yuxarıdan çığırışıb qoymadılar, dedilər:
—Bəs əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdaham öldürüb, cammızı qurtardı. Zümrüd quşu daşı kənara atıb aşağı endi, qanadlarım Məlikməmmədin üstünə çəkdi. Məlikməmməd yuxudan ayılıb quşu gördü, çox qorxdu. Quş dedi:
—Hər kəssən, nəkarasan, qorxma. Mən sənə pislik eləmərəm. Mən neçə ildi ki, sən öldürdüyün əjdahamn əlindən bala üzünə həsrət idim. İndi sən əjdahanı öldürüb, mənim balalarımı ölümdən qurtardın. Bu yaxşılığın əvəzində nə istəyirsən?
Məlikməmməd başına gələn qəzavü-qədəri açıb quşa nağıl elədi, dedi:
—Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart.
Zümrüd dedi:
—Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən.
Məlikməmməd bilmədi ki, qırx şaqqa əti, qırx tuluq suyu haradan tapsın. Quş Məlikməmmədin bikef olduğunu görüb dedi:
—Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi var. Bir əjdaha gəlib suyun qabağım kəsib. Nə qədər ərzuman pəhlivanlar gedirsə, onu öldürə bilmir. Yeddi ildi ki, əjdaha suyun qabağım kəsib. Hər gün bir qız aparıb onun ağzına atırlar. Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. İndi görürəm, sən qüwətli pəhlivansan, olsa-olsa da o əjdaham sən öldürə bilərsən. Get, o əjdaham öldür. Padşahdan qırx şaqqa ət, qırx tuluq su al. Elə ki, mən dediklərimə əməl elədin, bu tükümü oda tut, mən hazır olaram, səni işıqlı dünyaya çıxardaram.
Bəli, Məlikməmməd quşdan tükü alıb, yola düşdü. Az getdi, üz getdi, dərə, təpə düz getdi, gəldi Zümrüd dediyi padşahın ölkəsinə çıxdı. O, gəzə-gəzə bir qarımn qapısına gəlib dedi:
—Qarı nənə, allah qonağı istərsənmi? Qarı dedi:
—Niyə istəmirəm. Allaha da qurban olum, qonağına da. Məlikməmməd gördü ki, bütün şəhər əhli qara geyib, qarıdan soruşdu:
—Qarı nənə, bu camaat niyə qara geyib? Qarı dedi:
—Qadan alım, bir əjdaha suyun qabağım kəsib, hər gün onun ağzına bir qız atırıq, qızı yeyənə qədər bir az su axır, biz də götürürük. Ölkədən qız qurtarıb, Padşahın gözünün ağı-qarası bir qızı var, sabah onu əjdahamn ağzına atacaqlar. Odur ki, camaat qara geyib.
Məlikməmməd axşam qarımn evində yatdı. Səhər tezdən əjdahamn yerini qarıdan öyrəndi, ora getdi. Bir də gördü ki, camaat kəbirdən-səğirə ağlaşa-ağlaşa padşahın qızım suyun qabağına gətirdilər. Qızı əjdahamn ağzına atmaq istəyəndə Məlikməmməd irəli getdi, qılıncı sivirib, əjdahaya elə bir qılınc vurdu ki, o iki parça oldu. Padşaha muştuluqçu getdi. Təntənə ilə Məlikməmmədi padşahın hüzuruna apardılar. Padşah üzünü Məlikməmmədə tutub dedi:
—Ey oğlan, o əjdaha mənim ərzuman pəhlivanlarımın hamısım yeyib. Sən bizim ölkəni əzabdan qurtardın. İndi gəl padşahlığımı sənə verim, qızımı da al, bütün taxt-tacıma sahib ol.
Məlikməmməd ədəblə kərnuş eləyib dedi:
—Padşah sağ olsun, səndən heç zad istəmirəm. Mənə qırx şaqqa ət, qırx tuluq su ver, işıqlı dünyaya çıxım.
Padşah əmr elədi. Məlikməmmədə qırx şaqqa ət, qırx tuluq su hazır elədilər. Məlikməmməd şeyləri alandan sonra padşahnan xudahafizləşib kənara çıxdı. Zümrüd verdiyi tükü oda tutdu.
O saat Zümrüd hazır oldu. Əti quşun bir qanadımn üstünə qoydu, suyu da birinə. Özü də Zümrüdün belinə mindi. Yola düşdülər. Quş göyün üzünə qalxdı, qaranlıq dünyadan uzaqlaşmağa başladılar. Məlikməmməd aşağı baxdı. Gördü ki, yer xəlbir kimi görünür. Bir az da qalxdılar. Məlikməmməd bir də baxıb gördü ki, yer lap gözdən itib. Elə quş nə vaxt "qa" dedi, Məlikməmməd ətdən verdi, "qu" dedi, sudan verdi. İşıqlı dünyaya bircə mənzil qalmışdı ki, bir şaqqa ət Məlikməmmədin əlindən düşdü, quş "qa" deyəndə Məlikməmməd məəttəl qaldı, bilmədi nə eləsin. Əlacı kəsildi, qılıncı çıxarıb baldırımn ətindən kəsib quşun ağzına atdı. Zümrüd quşu gördü ki, bu ət o biri ətlərə oxşamır, çox şirindi. Odu ki, dilinin altına qoydu, yemədi. Axırıncı mənzil də qurtardı. Zümrüd quşu Məlikməmmədi işıqlı dünyaya çıxartdı, qanadımn üstündən yerə qoyub dedi:
—Di get.
Məlikməmməd dedi:
—Sən get, mən özüm gedərəm.
Zümrüd dedi:
—Yox, gərək sən gedəsən.
Məlikməmməd axsaya-axsaya getməyə başladı.
Zümrüd dedi:
—Ey oğlan, səbəb nədi ki, axsayırsan?
Məlikməmməd əhvalatı açıb nağıl elədi, dedi:
—Daha nə gizlədim, sənə verdiyim axırıncı ət baldırımın əti idi.
Quş o saat dilinin altından əti çıxardıb Məlikməmmədin baldırına yapışdırdı. Tüpürcəyindən də sürtüb yaxşı elədi. Sonra öz tükündən çıxarıb bir az da Məlikməmmədə verdi və dedi:
—Nə vaxt dara düşsən, bu tükləri yandır, mən o saat gəlib səni dardan qurtararam. Quş sözünü deyib, uçub getdi. Məlikməmməd yavaş-yavaş gəlib bir dərzi dükammn qabağına çıxdı və dükançıya dedi:
—Ay usta, allah rizasına, məni yamnda şəyird saxla. Ustanın buna yazığı gəlib yamnda saxladı. Məlikməmməd yamaq-sökükdən tikirdi, ustasına qulluq eləyirdi. Bir gün adam gəldi ki, padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin. Dərzi sevinə-sevinə qayçısım da götürüb padşahın imarətinə getdi. Məlikməmməd bir az oturdu, sonra dükanı bağlayıb bir guşəyə getdi, Zümrüd quşunun tükünü yandırdı. O saat Zümrüd hazır olub dedi:
—Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
—Bu saat mənə bir dəst sarı paltar, qılınc, qalxan, bir də sarı yel atı gətir.
Zümrüd "baş üstə"—deyib uçub getdi, bir az çəkmədi Məlikməmməd deyən şeylər hazır oldu. Məlikməmməd paltarlarım qıvraq geyindi, qılıncım belinə bağladı, qalxamm qoluna taxdı, bir baş atı padşahın evinin qabağına sürdü. Şəhər camaatı, bütün qoşun tamaşaya yığılmışdı. Padşahın böyük oğlu da at çapırdı.
Məlikməmməd atını meydana salıb bir o başa çapdı, bir bu başa çapdı, sonra qılıncım çıxarıb padşahın böyük oğlunun boynunu vurdu.
Qoşun bir-birinə qarışdı. Camaat bir-birinə dəydi. Hamı Məlikməmmədin dalınca tökülüb onu oxa basdılar, Məlikməmməd atı çapıb yel kimi gözdən itdi. Yenə gəlib dükanı açıb oturdu. Bir azdan sonra dərzi başına döyə-döyə dükana gəldi. Məlikməmməd durub, yalandan ustanın o tərəfinə, bu tərəfinə keçib dedi:
—Ay usta, qurbamn olum, nə olubdu? Usta dedi:
—Nə olacaq, padşahın evinin qabağında at çapışanda hardansa suya dönmüş sarı paltarlı bir atlı gəldi. Bir az o başa, bir az bu başa at çapdı, birdən qılıncım çəkib padşahın oğlunun boynuna vurdu, dalınca töküldülər, tuta bilmədilər.
Məlikməmməd yalandan bir az heyfsilənib, gedib yerində oturdu. Aradan bir neçə vaxt da keçdi. Padşahın böyük oğlunun qırxı çıxdı.
Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna toy eləyir, usta gəlsin paltar biçməyə.
Dərzi sevinə-sevinə qayçısım götürüb yola düşdü. Usta gedəndən sonra Məlikməmməd yenə durub dükam bağladı. Haman guşəyə gedib, Zümrüdün tükünü yandırdı. O saat da Zümrüd hazır olub dedi:
—Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
—Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir də qırmızı at gətirərsən.
Zümrüd "baş üstə"—deyib, bir dəqiqədə gedib atı, paltarı gətirdi. Məlikməmməd qıs-qıvraq geyinib padşahın imarətinə tərəf getdi.
Orda yenə qoşun, camaat düzülüb padşah oğlunun at çapmağına tamaşa eləyirdilər.
Məlikməmməd atı meydana salıb atı bir o başa, bir bu başa çapdı, sonra padşahın ortancıl oğlunun başım qılıncnan vurub yerə saldı, qaçdı. Qoşun nə qədər onun dalınca at çapdısa tuta bilmədi, ox atdısa vura bilmədi.
Camaat, qoşun təzədən qara geyib yasa batdı.
Məlikməmməd paltanm dəyişib dükana gəldi. Yenə dərzi başına, gözünə döyə-döyə geri qayıtdı.
Məlikməmməd dedi:
—Ay usta, sənə nə olub ki, elə hər dəfə gedəndə başına, gözünə döyə-döyə qayıdırsan?
Usta dedi:
—Mərdimazar, kim idisə, qırmızı paltar bir atlı gəlib padşahın gözünün ağı-qarası bircə oğlu qalmışdı, onun boynunu vurub qaçdı. Dalınca nə qədər töküldülərsə, tuta bilmədilər, ox atdılar, vura bilmədilər.
Bu işdən bir neçə vaxt keçdi, il ötdü, ay dolandı, günlərin bir günü, yenə ustaynan şəyirdi dükanda oturmuşdu. Birdən şəyird ustasına dedi:
—Dur get, padşaha muştuluq ver ki, balaca oğlunu tapmışam. Usta cavabında dedi:
—Adə, dəli olmamısan. Padşah deməz ki, balaca oğlum hardadı? Onda nə cavab verərəm?
Məlikməmməd başına gələn qəzavü-qədəri açıb dərziyə nağıl elədi. Dərzi sevinə-sevinə burdan bir baş padşahın evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı daşa ilişib yıxıldı. Padşah pəncərədən bunu görüb dedi:
—Yəqin dərzidə bir xəbər var. Gedin bura gətirin. Qul-qarabaş tökülüb dərzini padşahın qulluğuna gətirdilər. Dərzi yetişən kimi, padşaha baş endirib dedi:
—Padşah, sənə fəda olum, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Padşah az qaldı özündən getsin, dedi:
—Məlikməmməd quyuda ölübdü. Bəs ölü də dirilərmi? Tez de görüm, bu nə əhvalatdı?
Dərzi dedi:
—Muştuluğumu verməsən, deməyəcəyəm.
Padşah vəd elədi ki, ona özü ağırlığında qızıl versin.
Dərzi Məlikməmmədin başına gələn qəzavü-qədəri nağıl elədi.
Padşah dedi:
—Ay məni istəyən, dərziyə xələt!..
Dərziyə o qədər xələt verdilər ki, çəkib apara bilmədi. Vəzir, vəkil tökülüb Məlikməmmədin dalınca getdilər. Padşah oğlunun üzündən-gözündən öpdülər, sonra hamama apardılar, şahzadələrə layiq paltar geyindirib, atasının qulluğuna apardılar. Padşah oğlunu duz kimi yaladı, bağrına basdı.
Məlikməmməd başına gələn əhvalatı atasına nağıl eləyib dedi:
—Ata, meydanda qardaşlarımı öldürən mən idim. Quyuda neçə vaxt divlərlə əlləşib üç qız gətirmişdim. Bəs rəvadırmı, onlar kəndiri kəsib məni quyunun dibinə salsınlar, nişanlımı özlərinə götürsünlər?
Padşah oğlunun almndan öpüb, şükür elədi ki, o sağ-salamatdır. Böyük qızı vəzirin oğluna, ortancılım vəkilin oğluna, kiçiyini də Məlikməmmədə verdilər. Qırx gün, qırx gecə toy oldu. Onlar yedilər, yerə keçdilər, siz də yeyin dövrə keçin.



Boris Akunin, Erast Fandorin və fon Dornlar

Boris Akunun (əsl adı Qriqori Şalvoviç Çxartişvili) - məşhur beletristika yazıçısı kimi tanınır. Əsasən yazdığı əsərlər detektiv janrına aiddir. Beletristika (fransız belles lettres — «zərif, gözəl sözlər» yaxud bədii ədəbiyyat kimi də tərcümə olunur). Hal-hazırda rahat və sadə oxunulan və bəyənilən bədii nümumə kimi göstərilir. Lakin onun əsərləri ilə tanış olmayan oxuyucular onun əsərlərini bəsit və dərin olmayan bir yazılar hesab edib, misal üçün məşhur Darya Donsova ilə yanaşı tutarlar. Mən şəxsən Donsovanı bəsit detektivlər yazııçısı kimi qələmə verərdim. Onun əsərləri fantastik məişət detektivləridir və əsasən seriallara baxan yaşlı evdar xanımlar üçün nəzərdə tutlub. Ən azı onun beş-altı əsəri ilə tanış olandan sonra bu qənaətə gəldim.



Boris Akunun isə tam başqa bir yazıçıdır. Onun əsərlərini oxuyandan sonra başa düşürsən ki, bu yazıçının ən üstün cəhəti - eksperiment aparmaqdan çəkinməməmkdir. Hər bir əsərində müxtəlif yazı janrlarını və mövzuları birləşdirib, oxuyucuya maraqlı bir əsər bəxş edir. Təbii ki eksperimentləri daima uğurlu alınmasa da, o çalışır. O, Aleksand Düma və Jül Vern kimi macəra ustadı, Çingiz Abdullayev kimi siyasi detektiv ustadı, ara-bir Şərq fəlsəfəsinin mütəfəkkiri kimi Yapon aforizmlərindən istifadə edən, hətta Çesterton kimi din xadimini də xəfiyyə kimi təqdim edən kompleks bir yazardır.

Boris Akuninin ən məşhur və uğurlu əsər qəhrəmanı - Erast Fandorindir. (Bu qəhrəmanın prototipləri Akunin üçün iki nəfər olub - İ.D.Putilin və А.F. Koşko). Öz qəhrəmanını o, demək olar ki ideal supermen səviyyəsinə qaldırır. Lakin ən pis cəhəti odur ki, o Allaha inanmır. Erast həm yapon fəlsəfəsini bilir həm də yapon döyüş növlərini əla öyrənir. Hətta nindzyaların başçısının yanında təlim keçir. Güclü məntiqə malikdir, bütün məsələləri və detalları xırdalayaraq silsilə kimi barmaqlarını qatlayaraq bir-bir sayır - "... - bu bir, ... - bu iki, ... - bu üç ...". Məşhur xəfiiyyə ustaları kimi maskalanma bacarıına malikdir. Qumarda həmişə bəxti gətirir, lakin bundan çox az istifadə edir. Xəfiyyənin dostu isə yapon yakudzasından canını qurtarmış Masadır. Siz fikir verdinizsə, Akuninin əsərlərində Yapon mövzusu çox geniş yer alıb. Bu da təbiidir. Axı Boris Akunin uzun illər yapon dilindən tərcüməçi işləyib və gözəl əsərləri tərcümə edib.

Boris Akunin başqa bir maraqlı cəhəti odur ki, o virtual nəsil yaradır və müxtəlif əsərlərinin qəhrəmanlarını bu nəslin nümayəndələrindən edir (http://tree.fandorin.ru). Hollandiyadan gələn Karnelius fon Dorndan Rusiyada Fondorinlər, Fandorinlər, Dorinlər və s. yaranır.



Boris Akuninin əsas əsərləri

Erast Fandorinin sərgüzəştləri
İn və Yan.
1) Azazel
2) Türk qambiti
3) Leviafan
4) Axillesin ölümü
5) Xüsusi tapşırıqlar: Qaratoxmaq valet
6) Xüsusi tapşırıqlar: Bəzəkçi
7) Mülki müşavir
8) Tac qoyma mərasimi yaxud Romanovun sonuncusu
9) Ölümün məşuqəsi
10) Ölümün aşiqi
11) Almazdan cəng arabası
12) Nefritdən yığılmış təsbeh
13) Bütün dünya tamaşadır


Magistrın  sərgüzəştləri (baronet Nikolas Fandorin, Erast Fandorinin nəvəsi)
1) Altun-Tolobas
2) Sinifdən xaric mütaliə
3) F.M.
4) Şahin və Qaranquş


Əyalət xəfiyyəsi və ya rahibə Pelagiyanın sərgüzəştləri
1) Pelagiya və ağ buldoq
2) Pelagiya və qara rahib
3) Pelagiya və qırmızı xoruz


Bruderşaft üsulu ilə ölüm
1) Körpə və şeytan
2) Sınıq ürəyin əzabı
3) Uçan fil
4) Ayın uşaqları
5) Qəribə adam
6) Qələbə gurultusu, səslən!
7) Mariya, Mariya
8) Müqəddəs heç nə qalmadı


Qəbiristan əhvalatları


Fantastik detektivlər
Uşaq kitabı
Casus romanı
Fantastika
Kvest


Səfehlər üçün nağıllar
1) Ehtiras və vətəndaşlıq vəzifəsi
2) Vicdanın əsiri
3) Şərq və Qərb
4) Vətənin xilaskarı
5) Tefal, sən həmişə bizi düşünürsən
6) PSTD
7) Limuzinanın hədiyyəsi
8) Problem 2000



четверг, 24 марта 2011 г.

Morq küçəsində qətl - Edqar Allan Po



Detektiv janrında yazılan ilk əsərlər kimi məşhur hekayə ustadı Edqar Allan Ponun "Morq küçəsində qətl", "Mari Roje müəmması" və "Oğurlanmış məktub" əsərləri sayılır. Bu əsərlərin qəhrəmanı Ogüst Düpen dünyada ilk detektiv obrazı kimi tanınır.



İlk hekayə isə "Morq küçəsində qətl" 1841-ci ilin aprelində işıq üzü gördü. Və bu günə qədər bu əsər çap olunmağa davam edir. Bu əsərdə oxuyucular ilk dəfə xeyir tərəfində olan detektivin öz dərin məntiqi ilə dəhşətli və tapmaca ilə dolu cinayətin araşdırmasının şahidi olurlar.

Ümumiyyətlə bu janra təkan verən yazıçı yox, keçmiş cinayətkar olub. Onun adı Ejen Fransua Vidok (1775-1857) idi. Bu fransız uzun illər cinayətin içində olan, sonradan isə əks tərəfə keçərək, cinayətləri açmaq üçün özünə axtarış agentliyi yaradaraq, cinayətkarlara qarşı amansız mübarizəyə qalxmış bir kəsdir. 1828-ci ildə onun "Memuarlar" adlı çapdan çıxan yazıları bütün Avropada böyük maraqla qarşılanır.



Bu yazıların təsirindən Edqar Allan Po Ogüst Düpen obrazı yaradır. Po Müqəddəs Lui Ordeninin və Fəxri Legionun kavaleri aristokrat F.P.Şarl Düpenin (1784 - 1873) şərəfinə qəhramanına Ogüst Düpen adı verir. Düpen güclü intellekti və iti müşahidə qabiliyyəti nəticəsində polislərin aciz qaldığı cinayəti tez bir zamanda aydınlaşdıra bilir. Burada detektiv janrının başqa bir klassik obrazı da - detektivin dostu obrazı üzə çıxır. Bu dost obrazı daima ustadın yanında olur. Bu dost başqa yazışıların detektiv əsərlərində köməkçiyə, şagirdə, katibəyə və s. obrazlara keçsə də, ana xətt dəyişmir. Ustad yanında olana məntiq dərsi keçir, müşahidənin əvəzsiz bir alət olduğunu isbat edir, və sonda analitik söhbət və izahın nəticəsində bütün qaranlıq məqamlara aydınlıq gətirir. Bununla da oxuyucunun diqqətini sona qədər özündə saxlayır.


“Morq küçəsində qətl” (hekayə)
Tərcümə: Səfər İskəndərov 

Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə özünə hansı adı uydurdu -bunlar dolaşıq suallardır və burada nə isə bir müəmma var.
Ser Tomas Braun

İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə qiymət veririk. Məlumdur ki, qeyri-adi istedadlı bir adam üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsiylə qürrələnib, əzələlərini işlətməyə vadar edən təmrinlərdən ləzzət aldığı kimi, analiz edən şəxs də mənəvi fəaliyyətində dolaşıqları açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəyyən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin möcüzəsi təsirini bağışlayır.

Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun ali bölməsi sayəsində xeyli möhkəmlənir. Bu bölmə yalnış olaraq əməliyyatın əks təsiri üzündən, necə deyərlər, “parexcellence” analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək deyildir. Məsələn, şahmatçı analizə cəhd göstərməyərək, hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehn üçün son dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır. Mən heç də elmi əsər yazmıram, sadəcə olaraq təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi görünən hekayətimə müqəddimə verirəm. Buna görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha dərindən düşünməyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir. Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə nəticələnir. şahmatda münkün olan müxtəlif gedişlər eyni dərəcədə qiymətlidir. Buna görə də səhvlər getdikcə artır və on oyundan doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.

Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu təsəvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan oyunçu incə bir gedişlə əldə edə bilər. Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv hesablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyl göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.

Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insane fəaliyyətinin daha vacib sahələrində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır. “Məharətli oyun” dedikdə kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəngdir, insan fkirlərinin elə dərinliklərində özünə məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, diqqətini bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexanizminə əsaslanır) hamı tərəfindən kifayət dərəcədə başa düşülür. Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl etmək visti yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir. Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə tutulmayan hüdudlarda özünü büruzə verir. O, öz-özlüyündə saysız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun oyundaşı da, bəlkə belə hərəkət edir. Rəqiblərin bir-birini öyrəndikləri müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticələrin doğruluğundan çox, aparılmış müşahidələrin keyfiyyətində özünü göstərir. Əsas məsələ nəyi müşahidə etməkdir. Oyun əsas məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır, uzaq göstərişlərdən belə çəkinmir. O, rəqibinin üzünün ifadəsinə fikir verir, kartları əlində necə tutmasına diqqət yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını çox vaxt oyundaşının baxışlarından başa düşür. Oyun davam etdikcə onun hərəkətlərini izləyir, üzünün cizgilərində bir-birini əvəz edən peşmançılıq, ya sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik görür və saysız-hesabsız nəticələr çıxarır. Rəqibin kartları stolun üstündən özünə tərəf çəkdiyini görəndə onun sonrakı kartları da götürəcəyini anlayır, kartın necə atıldığından başa düşür ki, rəqibi hiylə işlədir və gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və ya diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir qayda olaraq ehtiyatla və sakitcə gizlədilir), vurulmuş kartların hesablanması və onların düzülüşü, çaşqınlıq, tərəddüd, səbirsizlik və ya qorxu, bir sözlə analiz edənin duyma qabiliyyətindən heç nə yayınmır: iki-üç gedişdən sonra kimin əlində hansı kartların olduğunu təsəvvür edir. Elə inamla oynayır ki, yerdə qalan oyunçular uduzurlar. Analitik bacarıq adi bacarıqla qarışdırılmamalıdır; çünki analiz edən hökmən məharətli olduğu halda, məharətli adamın çox vaxt analiz etmə bacarığı olmur. Məharət adətən özünü yaradıcılıqda və hadisələr arasında əlaqə yaratmaqda buruzə verir, frenoloqlar* (məncə, yalnış olaraq) bunu bəsit hesab edirlər, çox vaxt o, elə adamlarda müşahidə edilir ki, onların əqli səviyyəsi yerdə qalan bütün hallarda, məişət və adətlərdən yazan yazıçıların qeyd etdiyi kimi, kəmağıllılıq səviyyəsində olur. Bacarıqla təhlil etmə qabiliyyəti arasında mövcud olan fərq təxəyyüllə təsəvvür arasındakı fərqdən daha böyükdür. Həqiqətən də, bacarıqlı adamların çox xəyalpərəst, zəngin təxəyyüllü adamlarınsa analizə daha meylli olduğunu görmək mümkümdür.

Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ əyani olaraq əks edəcəkdir. 18-ci ilin yazını və yayının da bir hissəsini Parisdə yaşadığım zaman Oqyust Düpen adlı bir cənabla tanış oldum. O, əsil-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən taleyin dönüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki, təbiətinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, əldən çıxmış var-dövləti qaytarmağı xəyalına belə gətirməmişdi. Borc verənlərin iltifatı sayəsində atadan qalma mirasın bir hissəsi Düpen üçün saxlanmış, ondan gələn gəliri ilə dolanmış, ciddi qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həyatın nəşələrinə etinadsızlıq edərək güc-bəla ilə dolanmışdı. Yeganə israfçılıq etdiyi şey kitablardı, onları da Parisdə asanlıqla əldə etmək olardı.


Ilk görüşümüz Monmantr küçəsində az tanınmış bir kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq. Ikimiz də çox nadir və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun ailə tarixi ilə dərindən maraqlandım. O, hər bir fransıza xas səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütailəsi məni heyran etmişdi. Ən başlıcası isə, həyat hadisələri haqqında aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi riqqətə gətirirdi. O zaman Parisdə yaşayırdım, müəyyən bir məqsədim vardı. Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim üçün əvəzsiz xəzinə tapmaq kimidir. Səmimiyyətlə bu barədə ürəyimdən keçənləri danışdım. Nəhayət, şəhərdə qaldığım müddətdə bir yerdə yaşamağı qərara aldıq.

Mənim maddi vəziyyətim Düpenə nisbətən bir qədər yaxşı olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım. Qəribə mülk idi. Sen-Jermer yaxınlığında sakit bir yerdəydi. Illər keçdikcə ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl gəzdirilməmişdi, artıq dağılmağa doğru gedirdi. Bu mülkdə keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, bizi dəli hesab edərdilər. Tamamilə tənha yaşayırdıq, heç kəsi görmək belə istəmirdik.


Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım. Düpensə Parislə əlaqəsini kəsmişdi, onu yada salan da yox idi. Dostum dakı qəribəliklərdən biri (bunu başqa cür necə adlandırım?) gecə füsünkarlığına vurğunluğuydu. Başqa cəhətləri ilə yanaşı buna da alışaraq, özümü unutdum və tamamilə dostumun qəribəliklərinə öyrəşdim. Qarabuğdayı ilahə tez-tez bizi tərk edirdi, bundan ötrü ondan uzaq düşməmək üçün tədbir tökmüşdük; səhər dan yeri ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam yandırardıq. şamlar yandıqca ətirli iy verər və ətrafa tutqun zəif işıq saçardı. şamların işığında şirin xəyallara dalar, divar saatı həqiqi qaranlığın düşdüyünü xəbər verənəcən oxuyar, yazar və söhbət edərdik. Söhbətləri davam etdirər və yaxud izdihamlı şəhərin yanıb-sönən işıqları və qaranlığı içində veyllənərdik. Gecənin sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi. Belə anlarda Düpenin əqlinə, qabiliyyətinə bələd olsam da, onun zəkasına qeyri-ixtiyari olaraq heyran qalırdım. Bunu büruzə vermirdim, görünür Düpenlə əlyənməyim ona xoş gəlirdi. Onun qəlbinə nə qədər sevinc bəxş etdiyimi mənə deyərdi.

Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa uzaqlara baxar, adətən məlahətli səsi zilə qalxar, sakit və aydınlığına baxmayaraq, danışığı əsəbi olardı. Bu cür əhval-ruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək niyyətindəyəm. Xeyr, mən onun olan xasiyyətini, sadəcə olaraq, təsvir edirəm. Onda bu xasiyyət coşğun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.

Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə gəzirdik. Hər ikimiz fikrə dalmışdıq, on beş dəqiqə ərzində heç birimiz bir kəlmə söz demədik. Düpen birdən dilləndi:

- O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varyete” teatrında sınasın.

- Buna şübhə ola bilməz, -qeyri-ixtiyari olaraq cavab verdim.

Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim sözlərimin necə uyğun gəldiyini dərk etmədim.
Bircə an sonra özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.

- Düpen,- ciddi tərzdə dedim,- bunu dərk etməkdə acizəm. Düzünü deyim ki, heyrət məni götürüb, heç cürə eşitdiklərimə inana bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu yerdə dayandım ki, görüm, o, həqiqətən kimin haqqında fikirləşdiyimi bilir, ya yox?

- Şantilyi haqqında, — Düpen dilləndi. — Nə üçün dayandınız? ğz-özünüzə deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün yaramır.

- Bəli, mənim fikirlərim məhz bu idi. Şantiyli əvvəllər Sen-Deni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış, Krebillyonun eyni adlı faciəsində Kserks rolunda çıxış etmişdi. Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.

- Allah xatirinə, — deyə israr etdim, - metodunuzu mənə başa salın; sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. Düzünü deyim ki, hetrətimi müəyyən dərəcədə büruzə verməməyə çalışdım.

- Bunu sizin ağlınıza göyərti satan saldı. Pinəçi Kserks və onun kimilərinin ayağının tozu da ola bilməz, — dostum cavab verdi.

- Göyərti satan? Siz nə danışırsınız. Mən heç bir göyərti satan-zad tanımıram.

- On beş dəqiqə bundan əvvəl bu küçəyə dönəndə sizinlə toqquşan o göyərti satanı deyirəm.

Birdən həqiqətən də, başında böyük bir alma səbəti aparan göyərti satanı təsadüfən S. küçəsindən keçərkən bizim indi dayandığımız yerdə məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun şantilyi ilə nə əlaqəsi olduğunu heç cürə anlamadım. Düpendə zərrə qədər də fırıldaqçılıq nişanələri yox idi.

- Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə danışdığım andan, haqqında danışdığımız o qəribə göyərti satanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cərayan edir: şantilyi, Orion, Həkim Nikols, Epikür, Stereotamiya, küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götürqoy etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu ördükdə heyrətlənəcəkdir.

Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:

- O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax, bu küçəni keçərkən başında iri bir səbət olan göyərti satan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib yıxıldınız. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz. Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ təlabata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədədüşünürsünüz.

Burada eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Siz “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Bu termin süni surətdə bu cür səki döşəmələri barədə deyilir. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çıxaracaq. Bu, bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə nəcib yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində əldə edilən nəticələriylə təsdiq edilməsindən və Epikürə lazimi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm. “Müsenin” dünənki nömrəsində şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: Perdid antiquum litera prima sonum* Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz şantilyinin balaca boyu haqqında üşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu şantilyi çox balaca olduğundan, “Varteye” teatrında oynasa daha yaxşı olardı. Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”-nun axşam nömrəsini nəzərdən keçirərkən, aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam L’Espanye və onun qızı madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. Içəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından, onu da sındırmalı oldular), gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə dörd dənə napoleondr, bir dənə topaz qaşlı sırğa, üç böyük gümüş qaşıq, üç balaca melxior qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki kamodun siyirmələri açılmışdı. Görünür kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğandöş əyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam L’Espanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə — yuxarıya pərçim edilmişdi. Hələ istiydi. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri sıyrılıb. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Sanki məhrumu boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib, binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə, baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün, əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. Əldə olan ifadələr aşağıda təqdim edilir. Paltaryuyan Polina Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar. Xanımın çoxlu pulu olduğunu güman edir. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib. Onların qulluqçusu olmadığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, görünür, heç yerdə avadanlıq olmamışdır. Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım L’Espanyeyə az miqdarda tütün və burunotu satıb. Mərhum xanımın və qızının cəsədləri tapılan otaqda yaşadıqları altı ildən çox olardı. Orada əvvəlcə bir zərgər yaşayar və üst otaqları müxtəlif adamlara kirayə verərdi. Ev xanım L’Espanyenin şəxsi mülkiyyətiydi, kirayəçilər evə pis baxdıqlarından, onları evdən çıxarıb, yuxarı mərtəbəyə özü keçib. Kirayəşin saxlamaqdan imtina edib. Yaşlı xanım uşaq kimi idi. şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə onların pulu varmış. Qonşular arasında xanım L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid ona inanmırdı. O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi. Jandarm Isidor Müze göstərir ki, onun arxasınca səhər saat üç radələrində gəlmişdilər. O gələndə darvazanın yanında iyirmi-otuza qədər adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi. Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre” və “diable” sözlərini ayırd edə bilib. Ciyiltili səs yadelli adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O nə dedildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecə yarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. şahidin zənnincə, ciyiltili səs italyan səsinə, xırıltılı səs isə fransız səsinə oxşayırmış. Ciyiltili səsin kişi səsi oldu1una əmin deyildi.
Qadın səsi də ola bilərdi. Onun italyan dili ilə tanışlığı yoxdur. Sözləri ayırd edə bilməyib, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. şahid madam L’Espanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin məhrumların heç birinə aid olmadığından əmindir. Restoran sahibi Oden Heymer, şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən, tərcüməçi vasitəsilə dindirilirdi. O, Amsterdam vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib. Çox dəhşətli və ürək parçalayan imiş. şahid evə daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin kişi səsi olub, fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib. Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox xırıltıya oxşayırmış. Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə hey “sacre” və “diable” və bir dəfə isə “Mon Dieu” sözlərini deyib. Dileron küçəsindəki “Mino və Oğulları” firmasının bankiri, Mino qardaşlarının yaşca böyüyü şül Mino ifadə verir ki, xanım L’Espanyenin bir qədər pulu vardı. Onun kontorunda hansı ilinsə (səkkiz il əvvəl) yazında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar. Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü. “Mino və Oğulları” firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin edilmiş vaxtda, təxminən günorta zamanı, xanım ’Espanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır. Qapını madmazel L’Espanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.

Dərzi Uilyam Berd ifadə verir ki, ingilisdir, iki il Parisdə yaşayıb. Evə daxil olan adamlardan biri idi. Pilləkənləri birinci qalxanlardan olub. Mübahisəli səslər eşidib. Deyir ki, xırıltılı səs fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını xatırlaya bilmir. “sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib. Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə adamın səsini də eşidib.Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş. Səsin ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı. Güman ki, qadın səsi idi. O, almanca başa düşmürdü.Yuxarıda adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən göstərmişdi ki, madmuazel L’Espanyenin meyiti tapılan yataq otağının qapısı adamlar gələndə içəridən bağlı idi. Hər tərəfdə sakitlik hörm sürürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı sındırılarkən heç kəs görünmədi. Ön və arxa otaqların pəncərələri aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. Iki otağın arasındakı qapı örtülü idi, amma bağlı deyildi. Qabaq otaqdan dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü mərtəbədə dəhlizin sonunda yerləşən kiçik anbarın qapısı azacıq aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı. Bu şeylər də otaqdan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi. Otaqda diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı. Damdakı otaq nəzərə alınmasa, ev dördmərtəbəli idi. Evin damına açılan qapı mismarlanmışdı, görünür, çoxdan açılmamışdı. Söyüş səslərinin eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə dedilər. Qapı güclə açıldı. Tabutqayıran Alfonso Qarsio şəhadət verir ki, Morq küçəsində yaşayır və mənşəcə ispaniyalıdır. Evə girən adamlardan biri olub. Yuxarı qalxmayıb, əsəbi olduğundan həyəcanlanmaq istəməyib. Söyüş eşidib. Təsdiq edir ki, xırıltılı səs fransıza məxsus idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə ingilisə məxsus imiş. O, buna əmindir. Ingilis dilini başa düşmür, intonasiyasına görə belə mühakimə yürüdür. Kolleksioner Alberto Mentani şəhadət verir ki, pilləkənləri birinci qalxanlar arasında olub, haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız danışırmış. Bir neçə sözü tuta bilib. Danışan, görünür, kimisə söyürmüş. Zənn edir ki, səs rus səsinə oxşayırdı. Ümumiyyətlə, ifadəni təsdiq edir. Kolleksioner özü italyandır. Heç vaxt rusla əlaqəsi olmayıb.

Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördüncü mərtəbədəki bütün otaqların buxarıları dardır, oradan adam çıxıb-düşə bilməz. Oranı buxarıtəmizləyənlə təmizləyirlər. Buxarıtəmizləyən dedikdə, silindr şəkilli şotka nəzərdə tutulur. Bu şotkalar evdəki bütün buxarılara aşağı və yuxarıdan salınıb çıxarıldı. Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı olmadığından, necə düşüb getməsi barədə fərziyyələr öyləyirdilər. Madmazel L’Espanyenin meyiti buxarıya elə pərçim edilmişdi ki, yalnız dörd-beş adam köməkləşib onu aşağı düşürə bildi. Həkim Pol Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək üçün çağırdılar. Meyitlərin ikisi də madmazel L’Espanyenin tapıldığı otaqda çarpayılardan götürülmüş döşəklərin üstündə idi. Madmazelin meyiti daha çox qançırlı və gömgöy idi. Bu o demək idi ki, onu buxarıya güclə pərçim etmişdilər. Boğazı bərk siyrilmişdi. Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir neçə göy-qırmızımtıl ləkələr vardı. Bu, dırnaq izləri idi. Sifəti dəhşətli dərəcədə göyərmiş, gözləri hədəqəsindən çıxmışdı. Dili az qala kəsilmişdi. Qarnının aşağı hissəsində iri bir qançır vardı, görünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə, madmazel L’Espanye bir
və ya iki şəxs tərəfindən boğulub öldürülmüşdü. Anasının meyiti isə dəhşətli surətdə eybəcər hala salınmışdı. Sağ qıçının və qolunun sümükləri sındırılmış, sol böyründəki bütün qabırğaları və eləcə də sol baldır sümüyü qırılmışdı. Bütün bədəni dəhşətli dərəcədə qançır və cırmaq yarası ilə doluydu. Bədəninə xəsarətin nə ilə vurulduğunu demək çətindir. Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah yalnız çox güclü adam əlində olarkən bu zədələri bədənə vura bilərdi. Heç bir qadın bu xəsarətləri heç bir alətlə yerinə yetirə bilməzdi. şahid görəndə mərhum qadının başı tamamilə bədənindən ayrılmış, olduqca eybəcər hala salınmışdı. Boğazı, görünür, çox iti bir alətlə, güman ki, ülgüclə əsilmişdi. Cərrah Aleksandr Etyen M. Düma ilə bir yerdə meyirləri müayinə üçün çağırılmış, verilən ifadələrə və M. Dümanın fikrinə şərikdi. Bir neçə başqa şəxsin də dindirilməsinə baxmayaraq, vacib bir şey hasil olmadı. Indiyə qədər Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi. Polis tamamilə naçar qalıb. Işin açılmasına kömək edəcək işıq ucu belə görünmür”. Qəzetdə xəbər verilirdi ki, hələ də Sen-Rok məhəlləsində böyük bir çaxnaşma var. Binanın yenidən axtarılması və şahidlərin təkrarən dindirilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla belə, əlavə olaraq Adolf Le Bonun həbs edilməsi barədə məlumat verilmişdi, ancaq onu cinayətdə təqsirləndirmək üçün məlum dəlillərdən başqa yeni heç nə müəyyən edilməmişdi. Mənə heç nə deməsinə baxmayaraq, onun özünü aparmasından hiss edirdim ki, Düpen işin gedişi ilə çox maraqlanır. Bu da yalnız Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və dostum məndən qətl barəsində fikrimi soruşdu. Mən də sadəcə olaraq bütün Paris əhli kimi bu işin açılmaz bir sirr olması fikri ilə razılaşmalı oldum. Qatilin izinə düşə bilən bir işıq üzü görmürdüm.

- Biz işi belə təqdim etməklə onun nəticəsi barəsində mühakimə yürütməliyik, — Düpen dedi. — Gözüaçıqlığına görə bu qədər təriflənən Paris polisi hiyləgərlikdən başqa heç nəyə qadir deyildir. Zamanın irəli sürdüyü qaydalardan başqa onun əməliyyatında heç bir sistem yoxdur. Polis geniş tədbirlər kompleksi hazırlamağı ilə lovğalanır, amma bu tədbirlər heç bir fayda vermir. Əgər polis haçansa nəyəsə nail olursa, o da son dərəcə ağır zəhmət sayəsində olur. Bu da kifayət etmir, onun planları puça çıxır. Məsələn, Vidokda* sistemli fikir yürütmək qabiliyyəti olmadığı halda, onda axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar zamanı əsəbilik onu pis vəziyyətə qoyurdu. O, əşyanı gözlərinə o qədər yaxın tutardı ki, onun bir sıra əlamətləri nəzərindən qaçardı. Ola bilsin, onları son dərəcə aydınlıqla görə bilirdi, amma məsələ bütövlükdə onun nəzərindən yayınırdı. Dərinlikdə əllaməlik etmək çox da çətin deyil. Həqiqət heç də həmişə quyunun dibində olmur. Ən zəruri məsələlər də, mənim zənnimcə, daha çox üzdə olur. Həqiqəti dərənin dibində axtarırıq, o isə dağ zirvələrində tapılır. Qətl məsələsinə gəldikdə isə gəlin müstəqil axtarış aparaq, sonra mühakimə yürüdərik. Belə axtarış bizi əyləndirər (mən “əyləndirər” sözünün yersiz deyildiyini duydum, lakin heç nə demədim). Həm də Le Bon bir vaxt mənə yaxşılıq edib. Ona minnətdaram. Gedək binaya öz gözümüzlə baxaq. Polis mənim tanışımdır, icazə almaqda çətinliyimiz olmayacaq.

İcazə verildi və biz dərhal Morq küçəsinə yollandıq. Morq küçəsi Rişelye və Sen-Rok küçələrini birləşdirən sakit, yaraşıqsız küçələrdən biridir. Bura bizim yaşadığımız məhəllədən xeyli uzaq olduğundan, biz ora çatanda günortadan keçmişdi. Evi asanlıqla tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə qapaqlarına böyük bir maraqla baxırdı. Bu, Parisin adi evlərindən biriydi. Bir tərəfində şüşəli keşikçi budkası vardı. Onun pəncərəsi yuxarı açılırdı, dalandarın eviydi. Içəri girməzdən əvvəl küçə yuxarı gedib dalana döndük, sonra geri qayıdaraq evin arxa tərəfinə çıxdıq. Bu vaxt ərzində Düpen malikanəyə və eləcə də bütün qonşu evlərə diqqətlə göz qoyurdu. Yenidən binanın qabaq tərəfinə gəldik, zəngi basdıq və etimadnamələrimizi göstərdik. Növbədə olan polis işçisi bizi içəri buraxdı. Madmazel L’Espanyenin meyiti olan otağa qalxdıq, indi meyitlərin hər ikisi orada idi. Otaqdakı qarmaqarışıqlıq elə əvvəlki vəziyyətdəydi. “Məhkəmə xəbərləri qazeti”-ndə yazılanlardan başqa heç bir şey görmədim. Düpen isə hər şeyi diqqətlə nəzərdən keçirirdi, meyitləri də müayinə etdi. Sonra digər otaqlara baxdıq və həyətə düşdük; hər yerdə jandarm bizi müşayiət edirdi. Qaranlıq düşənə qədər yoxlama ilə məşğul olduq, sonra çıxıb getdik. Evə gedəndə dostum yolüstü gündəlik qəzetlərdən xəbər tutmaq üçün redaksiyaya girdi. Dostumun müxtəlif qəribəlikləri barədə danışmışam. Onun “mən onlara göz yumuram” ifadəsinə gəldikdə isə deməliyəm ki, bu sözün ingilis dilində qarşılığı yoxdur. Indi dostum elə bir əhvalruhiyyədə idi ki, qətl barəsində söhbət açmaq istəmirdi. Növbəti gün günorta vaxtı bu haqda danışdı. Sonra məndən qəflətən, bu işdə vəhşiliyə xas olan bir şey müşahidə edib-etmədiyimi soruşdu. Onun “xas olan” sözünü xüsusi nəzərə çarpdırmasında elə bir şey vardı ki, məni dəhşət bürüdü, özüm də bilmədim nə üçün.

-Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim, — dedim.

-Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli tərəfini yaddan çıxarsın.

Redaksiya işçilərinin axmaq fikirlərini bir kənara qoyaq. Mənə elə gəlir ki, bu işi açılmaz hesab edirlər, məhz həmin səbəbə əsaslanaraq işi asanlıqla həll etmək olar. Mən qətldə müşəhidə edilən, bütün sərhədləri aşan dəhşətli cəhətləri nəzərdə tuturam. Polis işçilərini da çaşdıran qətlin özü deyil, bu vəhşiliyin törədilməsinə məhz səbəbin olmamasıdır. Onları çətinliyə salan dava-dalaş zamanı eşidilən səslərdəki barışmaz ziddiyyətlər idi. şahidlik edənlər yuxarı mərtəbədə öldürülmüş madam L’Espanyedən başqa heç kəsi görmədiklərini söyləyirlər. Aydındır ki, adamlar yuxarı qalxarkən qatil onların nəzərindən qaça bilməzdi, çünki başqa yolu yoxdur. Yataq otağındakı ağlagəlməyən qarmaqarışıqlıq, buxarıya başıaşağı pərçimlənmiş meyit, qarının dəhşətli dərəcədə eybəcər şəklə salınması — bütün bu səbəblər kifayət edir ki, polis işçilərini çıxılmaz vəziyyətdə qoysun və uzaqgörənliyi ilə lovğalanan polis agentlərini tamamilə yalnış izə salsın. Onlar qeyri-adiliyi izahedilməzliklə qarışdırmaqla kobud və ümumi səhvə yol vermişlər. Məhz adilik ölçüsündən kənara çıxarkən həqiqət axtarışlarında ona doğru gedən yolu görmək olur. Bizim hazırda apardığımız təhqiqat işində “nə baş vermişdir?” yox, “indiyə qədər nə baş vermişdir?” sualını vermək daha yaxşı olardı. Həqiqətən də, bu işin həllinə gəlib asanlıqla çıxacağım, bəlkə də, artıq gəlmiş olduğum qərar, polisin nöqteyi nəzərincə, açıq-aşkar həllolunmaz hesab edilməsi ilə tərs mütənasibdir.

Dostuma heyrətlə baxırdım.

- Mən indi, -Düpen qapıya tərəf baxaraq sözünə davam etdi,- bu dəhşətli cinəyətdə birbaşa iştirak etməsə də, müəyyən dərəcədə onun törədilməsinə kömək edən şəxsi gözləyirəm. Ola bilsin ki, bu qətllərin baş verməsində onun günahı yoxdur. Bu ancaq ehtimaldır. Mən öz fikrimdə haqlıyam, çünki müəmmanın açılışı bütünlükdə bunun üzərində qurulur. Həmin adamı burada - bu otaqda -istənilən anda gözləyirəm. Düzdür o gəlməyə də bilər, amma çox güman ki, gələcək. Əgər gəlsə, onu tutmaq lazımdır. Budur tapançalar; şərait onları işə salmağa məcbur etsə, hər ikimiz necə istifadə etməyi bacarırıq. Nə etdiyimi bilmədən, eşitdiklərimə inanmayaraq tapançaları götürdüm. Düpen isə monoloquna davam edirdi. Onun bəzi vaxtlarda ətraf aləmdən təcrid olduğu barədə söhbət açmışdım. O, söhbətini mənə xitabən edirdi. O, astadan danışırdı, lakin intonasiyasında uzaq məsafədə olan adamla danışanlara xas olan nə isə vardı. Heç nə ifadə etməyən baxışları divara dikilmişdi.

- Dava-dalaş zamanı, — Düpen dedi, — adamların pilləkənlərlə qalxarkən eşitdikləri səslərin qadınlara məxsus olmadığı şahidlər tərəfindən sübuta yetirilib. Bu qıza əvvəlcə anası tərəfindən qəsd edilməsi, sonra isə qarının özünü öldürməsi barədə gedən söz-söhbətdən bizi xilas edir. Əslində bu məsələ haqqında sistem xatirinə danışıram, çünki madam L’Espanyenin gücü çatmazdı ki, qızının meyitini buxarıya tapıldığı vəziyyətdə tıxamış olsun; bu işin öhdəsindən o gələ bilməzdi; onun özünə gəldikdə isə, aldığı yaralar adamı özünəqəsd fikrindən tamamilə daşındırır. Deməli, qətli üçüncü adam edib və dava-dalaş səsləri də onunku imiş. Indi isə gəlin bu səslərə aid olan ifadələrin hamısına yox, onlardakı xüsusi cəhətə diqqət yetirək. Siz orada xüsusi bir şey görə bildinizmi?

Mən dedim ki, bütün şahidlər xırıltılı səsin fransıza məxsus olduğunu təsdiq etdikləri halda, ciyiltili səsə gəldikdə isə — bunu şahidlərdən biri kobud adlandırmışdı — bu barədə rəylər çox müxtəlifdir.

- Siz ifadədəki xüsusi cəhətdən deyil, ümumiyyətlə, ifadənin özündən danışırsınız,-Düpen dedi.


-Siz heç nəyi aydınca müşahidə etməmişsiniz, amma orada müşahidə edilməli bir şey var. şahidlər, sizin qeyd etdiyiniz kimi, xırıltılı səs haqqında yekdil fikirdədirlər. Ciyiltili səs barəsində qəribəlik heç ayrılığında yox, italyan, ingilis, ispaniyalı, hollandiyalı və fransızın cəhd edərək həmin səsi yadelliyə aid etməsindədir. Onların hər biri əmindir ki, səs onun həmvətəninin səsinə oxşamır və onu tanış olduğu və hər hansı bir xalqın dilinə deyil, əksinə, tanış olmadığı bir dilə oxşadır. Avropanın beş iri ölkəsini təmsil edən şahidlərin heç biri həmin səslərdə öz doğma dilinə xas olan heç nə aşkar edə bilməyib. Deyə bilərsiniz, danışan asiyalı və ya afrikalıymış, onların sayının Parisdə olduqca az olmasına axmayaraq istisna etmirəm. Istərdim diqqətinizi sadəcə olaraq üç şeyə yönəldim. şahidlərdən biri bu səsi ciyiltidən çox kobud səsə oxşatdığını deyir, qalan iki nəfər isə onun tez-tez dəyişən səs olduğunu qeyd edir. Onlardan heç birinə müyəssər olmayıb ki, aydın bir söz və ya aydın bir səs eşitsin. Gəlin xəyalən yataq otağına nəzər salaq. Hər şeydən əvvəl burada nə axtaracayıq? Qatillərin istifadə etdiyi çıxış yolunu. Bunu da deməyə ehtiyac yoxdur ki, heç birimiz möcüzəyə inanmırıq. Bir də bu iki adamı cin-şeytan öldürməyib ki. Bu işi edən canlı varlıqlar olub, mövcud qaydalar üzrə hərəkət ediblər. Onda necə? Xoşbəxtlikdən, bir o qədər də çətin olmayan mühakimə tələb olunur, bu da bizi qəti qərara gətirib çıxarmalıdır. Gəlin bir-bir mümkün olan çıxış yollarını nəzərdən keçirək. Aydındır ki, adamlar illəkənlərlə qarxarkən qatil madmazel L’Espanyenin tapıldığı otaqda ya da ona bitişik otaqdaymış. Məhz bu iki otaq hüdudunda çıxış yolunu axtarmalıyıq. Polis işçiləri döşəmələri, divarları və tavanı diqqətlə yoxlayıblar. Heç bir gizli çıxış yolu onların ayıq nəzərindən yayına bilməzdi. Bununla belə, onlara bel bağlamayaraq hər şeyi öz gözlərimlə yoxladım. Hər iki otağın dəhlizə açılan qapıları içəridən açarla bağlanmışdı. Gəlin buxarılara nəzər salaq. Buxarı səkkiz-on fut enliyində olsa da, yuxarı qalxdıqca elə daralırdı ki, heç oradan iri pişik belə keçə bilməzdi. Bu yolla caninin qaçması mümkün olmadığından, bircə pəncərələr qalır. Otağın küçəyə açılan pəncərəsindən cani qaça bilməzdi, küçədəki adamlar dərhal onu görə bilərdi. Deməli,qatil yataq otağının pəncərəsindən istifadə edərək aradan çıxıb. Zahirən qeyri-mümkün görünən bir şey, əslində bir o qədər də elə deyil. Bizə yalnız bir yol qalır ki, bütün ağıllı adamlar kimi məntiqi nəticədən çıxış edərək, o qeyri-mümkün şeyin mümkün olduğunu sübut edək. Yataq otağının iki pəncərəsi vardı. Onlardan birinin qabağında heç bir avadanlıq qoyulmadığından tamamilə görünürdü. Digər pəncərənin aşağı tərəfi isə çox iri bir çarpayının başlığı ilə tutulmuşdu. Birinci pəncərə içəridən möhkəmcə bağlanmışdı. Onu açmaq cəhdləri heç bir nəticə vermədi. Pəncərənin çərçivəsində sol tərəfdən burğu ilə deşik açılmışdı. Onun içində düz axıra kimi vurulmuş iri bir mismar vardı. O biri pəncərəni yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun kimi vurulmuş mismar gördük. Bu pəncərəni də açmaq cəhdi baş tutmadı. Bundan sonra polis tamamilə arxayın olub ki, qatil bu yolla qaçıb canını qurtara bilməzdi. Elə buna görə də mismarları çıxarıb pəncərələri açmağı artıq iş hesab edib. Mənsə, daha diqqətlə yoxladım, çünki mənim qarşımda bir vəzifə dururdu, o da zahirən qeyri-mümkün olan bir işin, həqiqətdə mümkün olduğunu sübut etmək idi. Beləliklə, mənə təcrübə lazımdır, — deyə düşündüm. Qatillər hökmən bu pəncərələrdən birindən qaçıblar. Belə olan surətdə onlar pəncərə çərçivələrini içəri tərəfdən təzədən bağlaya bilməzdilər. Çünki pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən polis bu istiqamətdə öz axtarışlarını dayandırıb. Deməli, onlar öz-özünə bağlanırmış. Başqa nəticəyə gəlmək də mümkün deyil. Boş pəncərəyə yaxınlaşdım, bir qədər çətinlikdən sonra mismarı çıxartdım və çərçivəni qaldırmağa cəhd göstərdim. Gözlədiyim kimi, açılmadı ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.

Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına baxmayaraq, mülahizəmin bu təsdiqi məni inandırdı ki, elə ilk gümanlarım da düz imiş. Diqqətli axtarışdan sonra tezliklə gizli yayı aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum və onu diqqətlə nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam onu yenidən bağlaya bilərdi. Belə ki, cəftə öz-özünə işə düşərdi, lakin mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə aydındı və mənim təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda qatillər o biri pəncərədən qaçıb getmişdilər. Onda güman etmək olar ki, pəncərələrin hər birində cəftə eyni olub, fərq ya mismarlarda və yaxud onların necə vurulmağında idi. Döşəyin üstünə çıxdım və çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçivəsini diqqətlə yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım və onu basdım, bu da gözlədiyim kimi eynən o biri pəncərədəki cəftə kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri mismar kimi iri idi və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin mənim çətinliyə düşdüyümü zənn edirsiniz, belə düşünürsüzsə, induktiv metodun mahiyyətini düz başa düşməmisiz. İdmançıların diliylə desək, həmişə hədəfə düz vurmuşam. Indi də düz yoldayam. Mühakimələrimdə bir dənə də olsun qüsur yoxdur. Bu sirri son nöqtəyə qədər araşdırmışam. Həmin o son nöqtə mismarla nəticələnib. Yenə sizə deyirəm, o mismar hər cəhətdən, qonşu pəncərədəki mismara oxşayır, amma bu dəlil (özünün bütün inandırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında açar rolunu oynayır. Mismara nə isə olub, — deyə düşündüm və ona toxunan kimi mismarın başı azacıq taxta ilə qopub əlimə düşdü. Görünür, sınıb orada qalmışdı. Qırıq köhnə idi /çünki ucları paslanmışdı / və çəkic zərbəsi ilə vurulmuşdu. Çəkic zərbələri pəncərəni bir qədər içəri əzmiş, mismarın başını isə ona tərəf əymişdi. Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə çarpmırdı. Yayı basaraq, pəncərəni ehmalca bir qədər yuxarı qaldırdım. Öz yerində möhkəmcə oturan mismarın başı çərçivə ilə yuxarı qalxdı. Pəncərəni aşağı saldım. Belə təəssürat yarandı ki, guya mismar bütövdür. Müəmmanın, beləliklə, bu hissəsi aydınlaşır. Qatil qarşısına çarpayı qoyulmuş pəncərədən qaçıb. Çərçivə aşağı düçərkən çərçivə öz-özünəmi, ya kiminsə köməkliyi ilə işə düşmüş və çərçivəni bağlamışdı. Polis isə pəncərədəki yayı görməyərək, mismarın yerində olması ilə kifayətlənmiş, sonrakı axtarışlarını mənasız hesab etməklə səhvə yol vermişdir. Növbəti məsələ qatilin aşağı necə düşməsi ilə bağlıdır. Bu barədə sizinlə evin ətrafını gəzərkən düşünmüşdüm. Haqqında söhbət gedən pəncərə yerindən beş fut yarım aralı ildırımötürən keçir. Həmin ildırımötürəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan bir işdir.

Pəncərədən içəri keçmək haqqında isə danışmağına dəyməzdi. Bununla belə, dördüncü mərtəbədəki parisli dülgərlərin “ferrades” adlandırdığı pəncərə qapaqları nəzərimdən qaçmadı. Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma onlara hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez rast gəlmək olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşayır, fərqi ondadır ki, aşağı hissəsi döyülmüş şəbəkə formasında olub, əllə tutmaq üçün çox münasibdir. Haqqında danışdığımız pəncərə qapaqlarının eni üç fut yarımdır.

Evin arxa tərəfindən onları görəndə qapaqlar yarıaçıq vəziyyətdədir, necə deyərlər, divarlarla müqayisədə düzbucaq altında durmuşdur. Ola bilsin, polis işçiləri də mənim kimi evi arxa tərəfdən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə baxdığından, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da lazimi diqqət yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə əmin olduğundan, təbii ki, burada başdansovdu yoxlama aparıblar. Mənə aydın oldu ki, qabağında çarpayı olan pəncərənin qapağı divara tərəf axıradək açılsaydı, onunla ildırımötürəndən pəncərəyə qalxmaq olardı. Iki fut yarımlıq (indi fərz edək ki, pəncərə qapağı açıq vəziyyətdədir) məsafədən qatil əlini uzadaraq şəbəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni buraxıb ayaqlarını divardan təkanla aralayıb qapını örtər, pəncərənin açıq olduğunu da zənn etsək, özünü içəri sala bilərdi. Istərdim ki, bu qədər cəhdli, çətin bir əməliyyatın baş tutması üçün fövqəladə dərəcədə çevikliyin tələb edildiyini yaddan çıxarmayasınız. Məqsədim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir. Ikinci və başlıcası bundan ibarətdir ki, siz təsəvvür edəsiniz — bu işin yerinə yetirilməsi adamdan fövqəladə dərəcədə, demək olar ki, misli görülməmiş cəldlik tələb edir. Əlbəttə, deyəcəksiniz, bizim vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin zəruriliyini tamamilə etiraf etməkdənsə, onu gizlətmək “mənim xeyrimə” olardı. Həqiqət mənim yalnız son məqsədimdir. Qarşımda duran vəzifə — nəzərinizə belə bir müqayisəni çatdırmaqdan ibarətdir: birincisi, haqqında sizə danışdığım fövqəladə çeviklik məsələsi; ikincisi, həmin ciyiltili və yaxud kobud səs. O səslərin milli mənsubiyyəti barədə iki nəfərin fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığdakı bir sözün belə ayırd edilmədiyini bilirsiniz.


Bu sözlərdən sonra beynimdə dumanlı şəkildə olsa da Düpenin nə demək istədiyi, deyəsən, mənə çatırdı. Mənə elə gəldi ki, beynimi bir qədər də işə salsam, onun fikrini başa düşəcəyəm. Bəzən adam nəyisə xatırlamaq üçün yaddaşına güc verir, amma yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.

- Görürsünüz, - Düpen dedi,-qatilin otaqdan necə çıxmağını otağa girməyi ilə əvəz etdi. Demək istəyirdim ki, bunların hər ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. Indi isə gəlin xəyalən otağın içinə qayıdıb, oradakı mənzərəyə nəzər salaq. şkafın siyirmələrinə əl gəzdirilmişdi. Geyim şeylərinin öz yerlərində olmasına baxmayaraq, bəzilərinin ğurlandığını deyirdilər. Belə nəticəyə gəlmək gülünc görünür. Bu sadəcə olaraq fərziyyədir, özü də axmağından. Vəssalam. Biz haradan bilək ki, bu siyirmələrin içində tapılan əşyalardan başqa orada özgə şeylər də olub. Madam L’Espanye və qızı həddindən artıq qapalı həyat tərzi keçirirmişlər. Gedib gələnləri olmazmış. Nadir hallarda bir yana gedərmişlər. Çoxlu pal-paltar onların nəyinə lazımdır? Əgər oğru bir şey götürübsə, nə üçün ən yaxşısına əl vurmayıb və ya hamısını götürməyib? Sözün qısası, oğru nə üçün dörd min frank qızıl pula toxunmayıb, əvəzinə lazımsız əski-üsküyə tamah salıb? Yenə deyirəm, qızıl pulları götürməyib. Demək olar ki, bankir müsyö Minonun xatırlatmış olduğu pulların hamısı kisələrdən əl dəyməmiş halda döşəmənin üstündə idi. Buna görə də ifadələrdən pulların evə çatdırılmasından bəhs edən hissələrin təsiri altında polis işçilərinin beyinlərində kök salmış vadaredici səbəblər barəsindəki yanlış fikirləri istəyirəm siz də birdəfəlik başınızdan çıxarasınız. Pulun evə çatdırılması və üç gündən sonra pul sahiblərinin qətlə yetirilməsindən on qat təsirli təsadüflər hər gün hamımızın gözü qabağında baş verir, biz isə onları ötəri də olsa duya bilmirik. Ümumiyyətlə, təsadüflər ehtimal nəzəriyyəsinə məhəl qoymayan mütəfəkkirlərin yolunda böyük əngəl olub, halbuki insan zəkasının ən mühüm sahələri özünün məşhur kəşfləri üçün ehtimal nəzəriyyəsinə borcludur. Əgər pullarıgötürmüş olsaydılar, onların evə qətldən əvvəl gətirilməsinə təsadüf kimi yox, başqa cür baxmaq olardı və vadaredici səbəblər bu işin bir növ təsdiqi kimi görünərdi. Bu cinayətdə pulları əsas vadaredici səbəb kimi fərz etməli olsaq, onda gərək onları götürməyən canini ya maymaq, ya da səfeh adlandıraq. Indi isə diqqətinizi möhkəmcə yadda saxladığınız aşağıdakı cəhətlərə yönəltmək istəyirəm: xüsusi səs, qeyri-adi çeviklik və inandırıcı səbəbin olmaması. Özünün dəhşəti ilə fərqlənən bu cinayətin baş verdiyi mənzərəyə nəzər salaq. Qızı əllə boğub öldürüblər və meyitini başıaşağı vəziyyətdə buxarıya tıxayıblar. Adi canilər bu cür öldürmürlər. Heç vaxt onlar öldürdükləri adamın meyitini belə gizlətmirlər. Etiraf edin ki, bu qətldə elə bir dəhşətli şey var ki, o hətta ən rəzil adamın hərəkətləri ilə bir araya sığmır. Bir də, özünüz təsəvvür edin, meyiti buxarıya bu tərzdə pərçim etmək üçün nə qədər güc lazım imiş! Bir neçə adamın səyi nəticəsində onu zorla dartıb aşağı düşürdüblər! Indi bu dəhşətli qüvvənin başqa cəhətlərinə baxaq. Buxarının kənarında olduqca sıx, uzun ağsaç cəngəsi yapışıb qalıb. Saç dəri ilə bir yerdə qopardılıb. Başdan iyirmi-otuz tükü birlikdə qoparmaq üçün nə qədər güc sərf olunduğunu bilirsiniz?! Qoparılmış baş tüklərini sizin kimi mən də gördüm. Onların kökündə — demək dəhşətdir! — başın dərisi ilə birgə qoparılmış qanlı ət parçaları vardı. Yarım milyon tükü bir dəfəyə qoparmaq üçün sərf olunan gücü təsəvvür etmək çox da çətin deyil. Qarının başı bədənindən tamamilə üzülmüşdü. Adi ülgüclə kəsilmişdi. Istərdim siz həm də bu işlərin vəhşilərə məxsus bir qəddarlıqla edilməsinə diqqət yetirəsiniz. Madam L’Espanyenin bədənindəki qançırlardan hələ danışmıram. Müsyö Düma və onun hörmətli həmkarı müsyö Etyen deyirlər ki, qançırlar küt bir alətlə edilmişdir. Aydındır ki, həmin küt alət həyətdəki döşəmə daşları ola bilərdi. Meyiti qabağında çarpayı qoyulmuş pəncərədən həmin o daşların üstünə tullamışdılar. Bu fikir, indi belə sadə görünür, pəncərə qapaqlarına polis əhəmiyyət verməmişdir. Çərçivədəki mismarlar fikri yayındırmışdır, onların heç ağlına gəlməmişdir ki, pəncərələr açılır. Bu dediklərimizə yataq otağındakı qarmaqarışıqlığı əlavə etsək və fövqəladə çevikliyi, insanın imkanı xaricində olan gücü, vəhşicəsinə edilmiş bu qəddarlığı, səbəbsiz qətli, səsi və intonasiyası ilə bir neçə milləti təmsil edən, adamlara tamamilə yad olan, hər cür aydınlıqdan və başa düşülməkdən uzaq o ciyiltili səs barədə fikirləri bir-biriylə əlaqələndirsək, bundan hansı nəticəyə gəlmək olar? Təsəvvürünüzdə kimin surəti canlanar?

Düpenməndənbusualı soruşanda ətim ürpəşdi.

- Dəlininbiri, -dedim, -bunuyaxınlıqdakı dəlixanadanqaçanruhixəstə edib.

- Bəzicəhətdən, -odedi, -fikrinizağlabatandır. Amma xəstəliyin ən şiddətli anında dəlilərin çıxardığı səslər, adamlar pilləkənləri qalxarkən eşitdikləri o xüsusi səslə yenə də müqayisə edilə bilməz. Dəli adam, necə də olsa, hər hansı bir millətə məxsusdur. Nitqinin bəzən rabitəsiz olmasına baxmayaraq, ümumiyyətlə, dili anlaşıqlı olur. Bundan başqa, dəlinin saçı əlimdə tutduğum saç kimi olmur. Madam L’Espanyenin qıc olmuş barmaqlarını güclə açaraq bunu çıxarmışam. Bu barədə nə deyirsiniz?

- Düpen! - tamamilə salsılmış vəziyyətdə dedim, - bu tüklər çox qəribədir, insan tükünə oxşamır.

- Bunu təsdiq etməmişəm, - Düpen dedi, - lakin bu məsələni həll etməzdən əvvəl istəyirəm bu vərəqdə çəkdiyim şəklə nəzər salasınız. Bu kağızda ifadənin bir hissəsində təsvir olunan madmazel L’Espanyenin boğazındakı “qançır və dərin dırnaq izlərinin” olduğu kimi şəkli çəkilmişdir. Digərində isə, Düma və Etyen cənablarının yazdıqları nəticədə göstərilir ki, “bir sıra göy-qırmızımtıl ləkələr, görünür, barmaq izləridir.” - Bu çəkdiyim şəkil, - dostum kağızı qabağımızdakı stolun üstünə açaraq sözünə davam etdi, - barmaqların necə möhkəm yapışdığı barədə təsəvvür yaradır. O barmaqlardan yaxa qurtarmaq müşkül işdir. Hər biri əvvəlcədən necə yapışıbsa, həmin gücü ilə də qurbanı can verənədək boğmağında davam edib. Indi çalışın hər iki əlinizin barmaqlarını burada gördüyünüz izlərin üstünə qoyun.

Cəhd etdim, lakin heç nə alınmadı.

- Deyəsən, işi düz aparmırıq, — Düpen dedi, — axı kağız hamar səth üzərindədir, insanın boğazı isə yumrudur. Bax, bu odunun dairəsi təxminən boğazınkı qədərdir. şəkli onun üstünə dolayıb yenidən yoxlayın.

Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.

- Bu, insan əlinin izi deyildir, — dedim.

-Indi isə Küvyedən bu parçanı oxuyun, — Düpen dedi.

Burada şərqi Hindistan adalarında yaşayan nəhəng qonur rəngli oranqutanq meymunu barəsində ətraflı surətdə anatomik və ümumi təsviri məlumat verilirdi. Nəhəng boylu, ağlasığmaz dərəcədə gücü və çevikliyi, amansız qəddarlığı və nəhayət, təqlidçiliyə meyl göstərməsiylə seçilən bu məməlilər kifayət qədər hamıya məlumdur. Qətlin tam dəhşətini dərhal başa düşdüm.
-Barmaqların təsviri, — oxuyub qurtardıqdan sonra dedim, — çəkdiyiniz şəkildəkinə uyğun gəlir. Indi başa düşürəm ki, ancaq oranqutanq meymunu bu izləri qoymuş olar. Bu kürən tüklər də bir daha təsdiq edir ki, onlar Küvyenin təsvir etdiyi oranqutanq meymununa məxsusdur. Bununla belə, bu dəhşətli qətldə bəzi cəhətləri başa düşə bilmirəm. Axı şahidlər iki səs eşidiblər, onlardan birinin fransıza məxsus olması şübhəsizdir.

- Haqlısınız, siz də, demək olar ki, əksər şahidlər kimi ifadələrdəki “aman Allah!” sözlərinin fransıza aid olduğunu deyirsiniz. Bu nidanı şahidlərdən Montana adlı bir şirniyyatçı haqlı olaraq etiraz vənarazılıq ifadəsi kimi səciyyələndirmişdir. Bu müəmmanı tam açmaq üçün əsas etibarilə ümidimi bu iki sözə bağlamışam. Hansı fransızsa bu qətlin şahidi olub. Amma ola bilsin ki, bu qanlı cinayətin baş verməsində onun əli olmasın. Bəlkə də, meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi yerə qədər izləyib, lakin baş verəcək cinayətin qarşısını ala bilməyib. Meymun indi də azaddır. Hələlik dediklərim fərziyyədən başqa bir şey olmadığından, onların səs-küyə düşməsini isyəmirəm. Bu fərziyyələr mənim özümə aydın olmadığı bir halda, çətin ki, başqalarını inandıra bilsin. Buna görə də, onları hələlik fərziyyə adlandırmalı və fərziyyə kimi də araşdırmalıyıq. Əgər haqqında danışdığımız fransızın mənim fərz etdiyim kimi, bu qətldə təqsiri yoxdursa, onda dünən axşam “Le Monde” qəzetinin redaksiyasına verdiyim elam mütləq bura gəlib çıxacaq.

Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.

- Bu ayın filan günündə (qətlin baş verdiyi səhər) səhər tezdən Bulon meşəsində Borneo adasında təsadüf edilən nəhəng boylu, qonur oranqutanq meymunu tutulmuşdur. Meymun öz sahibinə (deyilənə görə, sahibi Malta gəmisində dənizçidir) qaytarıla bilər, bu şərtlə ki, sahibi onu tanısın və onun tutulması və xərclənməsinə çəkilən xərcləri ödəsin. Bu ünvana müraciət edin: Sen-Jermer məhəlləsi, filan küçə, ev N-filan, 4-cü mərtəbə.

- Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?

- Onu bilmirəm, — Düpen dedi. — Ona hələ bir o qədər də əmin deyiləm. Amma bu lent parçasına baxın. Forması, görünüşü və yağlı olmasından, görünür, onunla dənizçilər saçlarını bağlayıblar. Axı dənizçilərin letnlə saçlarını hörməkdən xoşları gəlir. Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam vura bilər. Onu, xüsusilə maltalılar yaxşı edirlər. Lenti ildırımötürənin aşağısından tapdım. Lent qətlə yetirilənlərin heç birinki ola bilməzdi. Əgər mən bu lentin Malta gəmisində dənizçi işləyən fransıza məxsus olduğunu deməklə yanılmamışamsa, qəzetdə verdiyim elanda siz deyən bir qəbahətə yol verməmişəm. Səhv etmişəmsə, dənizçi mənim sadəcə olaraq yanıldığımı zənn edəcək və işin dərinliyinə getməyəcək. Haqlı olaramsa, deməli, əsas məsələni həll etmişik. Qətldə əli olmasa da, onu görmüş fransız, meymunu tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə tərəddüd edəcəkdir. O, belə mühakimə yürüdəcək: “Mənim təqsirim yoxdur; həm də kasıb adamam. Belə bir vəziyyətdə olan adam üçün oranqutanq xeyli miqdarda pul deməkdir. Mənazıs şübhə üzündən nə üçün onu buraxmalıyam? O ki indi yaxınlıqdadır. Onu qətlin baş verdiyi yerdən xeyli uzaqda, Bulon meşəsində tapıblar. Kimin ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə baş verməsi ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də, mənə nəyisə sübut etmək çətin işdir. Mən bilirəmsə də, deyəcəm ki, bu işdə günahım yoxdur. Ən başlıcası budur ki, məni tanıyan var.” “Elanda məni bu ədanın “sahibi” kimi qələmə veriblər. Görəsən, haqqımda daha nə bilirlər? Özüm sahibi ola-ola, öz malımdan imtina eləsəm, heyvandan şübhələnə bilərlər. Nə heyvanın, nə də özümün şübhə altına düşməyimi istəmirəm. Elanda göstərilən yerə gedib, oranqutanqı götürəcək, bu əhvalat unudulanadək onu gizlədəcəyəm.”

Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi. -Tapançanı hazır vəziyyətdə saxlayın, -Düpen dedi, - amma onu göstərməyin və mən deməyincə atəş açmayın.


Evin giriş qapısı açılmış, gələn adam zəngi çalmadan içəri girmiş və bir neçə addım pilləkənlərlə yuxarı qalxmışdı. Indi isə, görünür, tərəddüd edirdi. Bir qədər keçdikdən sonra onun aşağı düşdüyünü eşitdik. Düpen tez qapıya tərəf getdi. Sonra həmin adamın yenidən yuxarı qalxdığını eşitdik. O, ikinci dəfə geri dönmədi, qətiyyətlə yuxarı qalxıb qapını döydü.

- İçəri buyurun, — Düpen kefi kök və səmimi tərzdə dedi.

Gələn adam içəri girdi. Dənizçi olduğu aydın görünürdü. O, ucaboylu, dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir kişi idi. Gündən çox qaralmış sifətinin yarıdan çoxunu bakinbordları və bığları örtmüşdü. Əlində sanballı bir palıd dəyənəyi vardı. Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş əydi və “axşamınız xeyir” dedi. Fransızca təmiz danışırdı. Ləhcəsində azacıq şimallılara məxsusluq özünü büruzə versə də, mənşəcə parisli olduğu aydındı.

- Əyləşin, dostum, — Düpen dedi. — Zənnimcə, orabqutanqın dalınca gəlmisiniz. Düzünü desək, sizə qibtə edirəm. Çox gözəl növdür, şübhəsiz, olduqca qiymətli heyvandır. Sizcə, onun neçə yaşı olar?

- Bunu deyə bilmərəm. Bəlkə də dörd, ya beş, bundan çox ola bilməz. Indi o buradadır?

- Nə danışırsınız, bizdə imkan hardandır ki, belə bir heyvanı burda saxlayaq? Onu Dübr küçəsində yaşayan faytonçunun karvansarasına aparmışıq. Lap yaxındadır. Sabah gəlib apara bilərsiniz. Siz onu tanıya bilərsiniz?

- Əlbəttə, ser.

- Ondan ayrılacağıma təəssüflənirəm, — Düpen dedi.

- Çəkdiyimiz zəhmətin hədər yerə getməsini istəməzdim. Çox istərdim ki, onun tapılmasında çəkdiyiniz zəhmətin əvəzini pulla ödəyim, necə deyərlər, imkan dairəsində.

-Nə olar, — dostum dedi, — şübhəsiz bu ədalətli olardı. Amma qoyun fikirləşim, görüm sizdən nə alsam, yaxşı olar? Siz gəlin mənə Morq küçəsindəki qətl barəsində nə bilirsiniz, onu danışın.

Düpen axırıncı sözləri çox alçaqdan və sakit dedi. Təmkinliklə qapıya tərəf getdi. Qapını bağlayıb, açarı cibinə qoydu. Sonra qoltuq cibindəki tapançanı çıxarıb, zərrə qədər də həyəcanlanmadan onu stolun üstünə qoydu. Dənizçinin sifəti pörtdü, sanki təngənəfəs olmuşdu. Ayağa sıçrayıb dəyənəyi götürdü, lakin elə həmin anda oturduğu stula sərildi. Bütün vücudu titrəyirdi. Rəngi ağappaq olmuşdu. Dinib danışmırdı. Ona yazığım gəldi.

- Dostum, nahaq yerə qorxursunuz, — Düpen nəvazişlə dedi, — sizə bir centlemen və fransız kimi söz verirəm ki, bizdən heç bir ziyan görməzsiniz. Morq küçəsindəki o dəhşətli qətldə sizin təqsiriniz olmadığını da lap yaxşı bilirəm. Bununla belə, həmin qətl ilə sizin bu və ya digər dərəcədə əlaqəli olduğunuzu inkar etmək olmaz. Sizə dediklərimi başa düşməlisiniz ki, bu barədə mən müəyyən yollarla məlumat əldə etmişəm. Yatsanız, heç yuxunuza da girə bilməz. Deməli, məsələ belədir. Axı elə bir iş tutmamısınız ki, danlağa məruz qalasınız və ya məsuliyyətə cəlb olunasınız. Cəzasız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız. Nəyisə gizlətməyiniz yersiz görünər. Gizlətmək üçün səbəb yoxdur. Bununla belə, vicdan tələb edir ki, bu işlə əlaqədar nə bilirsinizsə, hamısını olduğu kimi danışasınız. Günahsız adam həbs olunub, onu qətldə təqsirləndirirlər. Halbuki siz əsl caninin kim olduğunu bilirsiniz.

Düpenin bu sözlərindən sonra dənizçi sanki özünə gəldi, amma əvvəlki cəsarətindən əsər-əlamət qalmamışdı.

- Allah, sən özün kömək ol. — Azacıq sükutdan sonra dənizçi dilləndi. — Nə bilirəmsə sizə danışacağam. Ancaq ağlım kəsmir ki, dediklərimə inanasınız. Mənə inanacağınızı fərz etmək, həqiqətən də axmaqlıq olardı. Yenə də deyirəm, təqsirim yoxdur. Bu işdən ötrü ölsəm də, hər şeyi etiraf edəcəyəm. Onun nəql etdikləri aşağıdakılardır. Bu yaxınlarda o, hind dənizi səyahətində olub. Bir dəstə dənizçi ilə Borneo adasında sahilə çıxıb və şənlənmək üçün adanın içərilərinə doğru gediblər. Həmin oranqutanqı bir dostu ilə elə orada tutub. Bir müddətdən sonra dostu ölür və meymun ona qalır. Ipə-sapa yatmayan meymunla olmazın əzabəziyyət çəkən sahibi, nəhayət, vətənə qayıdır. Həm qonşuların zəhlətökən marağından uzaq olmaq üçün, həm də ayağına gəmidə şey batdığından yarası sağalana qədər oranqutanqı Parisdəki evində qıfıl altında anbarda saxlayır. Əsas məqsədi bu olub ki, onu münasib qiymətə satsın. Qətlin baş verdiyi gecəyarısı hansısa dənizçi dostunun şənliyindən evə qayıdanda, oranqutanqı öz yataqotağında görür. Məlum olur ki, meymun anbarın arakəsməsini sındırıb, həmin otağa keçibmiş. Üzünü ədəb-ərkanla sabunlayaraq, əlində ülgüc güzgünün qabağında əyləşib, guya üzünü qırxır. Şübhə yoxdur ki, sahibi əvvəllər üzünü qırxanda oranqutanq anbardakı açar deşiyindən bunu görürmüş. Qəddar heyvanın əlində bu təhlükəli aləti gördükdə, meymunun ondan necə istifadə edəcəyini bildiyindən başını itirən sahibi bir anlığa çaş-baş qalır. Əvvəllər də heyvanın azğınlaşmış vaxtlarında onu qırmancla ram etməyə adətkar olduğundan, bu dəfə də qırmanca əl atır. Oranqutanq qırmancı görən kimi tez qapıya tərəf sıçrayaraq pilləkənlərlə aşağı qaçır. Bədbəxtlikdən pəncərə açıq olduğundan küçəyə çıxır. Ümidsiz bir halda fransız da onun dalınca gedir. Ülgüc əlində meymun hərdənbir dayanaraq geri baxır, sahibinin ağzını əyir, onu xeyli yaxına buraxdıqdan sonra yenə qaçırmış. Bu təqib xeyli davam edir. Səhər saat üç radələrində küçələrdə tam sakitlik imiş.


Morq küçəsinin arxa tərəfindəki dalana burularkən, oranqutanqın diqqətini dördüncü mərtəbədə madam L’Espanyenin yataq otağının açıq pəncərəsindən gələn işıq cəlb edib. Binaya özünü yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz bir cəldliklə onunla dırmaşaraq, divara tərəf tam açılmış pəncərə qapağından yapışır və birbaşa özünü çarpayının baş tərəfinə atır. Bu əməliyyat bir dəqiqədən artıq çəkməyib. Otağa girdikdən sonra yenidən pəncərəni təpiklə vurub açır. Bu vaxt ərzində dənizçi bilmir ki, sevinsin, yoxsa kədərlənsin. Heyvanı yenidən tuta biləcəyinə ümid bağlayır. Güc-bəla ilə qaçıb qurtardığı tələyə yenidən düşən oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, onun da yanını dənizçı kəsdirib dururdu. Birdən onu fikir götürür, evdə heyvanın əlindən xata-zad çıxa bilərdi. Bu fikir dənizçını vadar edir ki, onu yenidən gizləsin. Dənizçı üçün ildırımötürənlə dırmaşmaq çətinlik törətmir. Ondan xeyli aralı sol tərəfdə pəncərənin bərabərinə çatanda, dayanmalı olur. Yalnız bir şey edə bilir — boynunu uzadaraq pəncərədən otağın içinə ötəri nəzər salır. Elə ilk baxışdan dəhşətə gəlir. Az qalır yıxılsın. Morq küçəsinin sakinlərini də yuxudan oyadan məhz həmin dəhşətli qışqırtılar olub. Madam L’Espanye və qızı gecə paltarında otağın ortasında qoyulmuş, haqqında danışdığımız dəmir seyfin içindəki sənədləri nizama salırmışlar. Görünür, onlar arxası pəncərəyə oturduqlarından, meymunun içəri girməyindən dərhal xəbər tutmayıblar. Heyvanın içəri girməsi ilə qışqırtıların eşidilməsi arasında müəyyən vaxt keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi içəri axanda nəhəng heyvan madam L’Espanyenin saçlarından yapışaraq (xanım yatmazdan qabaq saçlarını darayıb kürəyinə tökmüşdü), onun gözü qabağında dəlləyin hərəkətlərini yamsılayaraq ülgücü yellədirmiş. Qız isə huşunu itirdiyindən, hərəkətsiz halda uzanıb qalmışdı. Qarı qışqırır, müqavimət göstərir, qorxudan saçlarını yolmağa başlayır. Nəhayət, bu, meymunu haldan çıxarır. Qüvvətli əlini bir dəfə çəkməklə qarının başını, demək olar ki, bədənindən üzür. Qanı gördükdə daha da quduzlaşır, gözləri qəzəbdən od tutub yanır. Dişlərini qıcayaraq qıza tərəf atılır və dəhşətli caynaqlarını onun boğazına keçirərək, nəfəsi kəsilənədək boğur. Bu zaman vəhşi nəzərləri çarpayının baş tərəfindən aralı dəhşətdən ölü rəngi almış sahibinə zillənir. Yadından çıxmayan amansız qırmanc dərhal qəzəb hissini əvəz edir. Haqlı olaraq cəzalanacağından qorxan heyvan qanlı cinayətini ört-basdır etməyə cəhd göstərir. Qəzəbindən otaqda qərar tutmayaraq, avadanlığı sındırıb tökür. Yorğan-döşəyi çarpayıdan dartıb, döşəməyə fırıldadır. Nəhayət, əvvəl qızın meyidini qamarlayaraq indi tapıldığı buxarıya tıxayır, sonra isə qarını götürüb pəncərədən başıaşağı tullayır. Meymun eybəcər hala saldığı yüküylə pəncərəyə yaxınlaşanda, dənizçı sarsılmış halda ildırımötürənə tərəf geri çəkilir, onunla sürüşüb düşür. Dəhşət içində oranqutanqı unudub, bu qanlı cinayətin nəticəsindən qorxaraq dərhal evə qaçır. Adamların pilləkənlərlə qalxarkən eşitdikləri sözlər fransızın vahimə ifadə edən nidası və ona qarışmış rəzil heyvanın çıxartdığı səslərmiş. Deyilənlərə yeni bir şey əlavə etmək çətindir. Adamlar qapını sındırmazdan azacıq əvvəl oranqutan otaqdan ildırımötürən vasitəsilə qaçır. Pəncərəni də çıxarkən örtür. Bir qədər keçəndən sonra dənizçi onu özü tutur və böyük bir məbləğə heyvanxanaya satır.

Polis idarəsində əhvalatı olduğu kimi danışdıq. Dərhal Le Bonu buraxdılar. Bununla belə, Düpen bəzi şeyləri deməkdən çəkinmədi. Bu vəzifəli çinovnik dostuma qarşı iltifatlı olmasına baxmayaraq, işlərin belə şəkil aldığını görəndə peşmançılığını gizlədə bilmədi. Bir neçə kinayəli sözlə hər kəsə özişi ilə məşğul olmağı məsləhət gördü.

-Qoyun çərənləsin, ürəyini boşaltsın, — Düpen dedi və ona cavab verməyi lüzumsuz hesab etdi. —Rəqibimi öz meydançasında məğlub etmək mənə ləzzət verir.

Polis bu müəmmənı aça bilmədi, amma onun zənn etdiyi kimi, bu işdə heç bir möcüzə yoxdur. Düzünü desək, polis dostum çox hiyləgər olduğundan, məsələnin dərinliyinə gedə bilmir və onun mühakimələrində bir səthilik var. Bu səthilik də Laverna ilahəsinin şəkillərdə bədənsiz baş kimi və yaxud ən yaxşı halda isə treska balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına oxşayır. Buna görə də ona pis adam deməzdim. Bu adamda xüsusilə xoşuma gələn cəhət odur ki, diribaşdır. Özünü ağıllı kimi qələmə verərək nüfuz qazanmışdır. Onun xasiyyətini nəzərdə tuturam.

Yaxşı deyiblər: “Olan şeyi dan, olmayan şey haqqında aləmə car çək.”