пятница, 25 марта 2011 г.

Boris Akunin, Erast Fandorin və fon Dornlar

Boris Akunun (əsl adı Qriqori Şalvoviç Çxartişvili) - məşhur beletristika yazıçısı kimi tanınır. Əsasən yazdığı əsərlər detektiv janrına aiddir. Beletristika (fransız belles lettres — «zərif, gözəl sözlər» yaxud bədii ədəbiyyat kimi də tərcümə olunur). Hal-hazırda rahat və sadə oxunulan və bəyənilən bədii nümumə kimi göstərilir. Lakin onun əsərləri ilə tanış olmayan oxuyucular onun əsərlərini bəsit və dərin olmayan bir yazılar hesab edib, misal üçün məşhur Darya Donsova ilə yanaşı tutarlar. Mən şəxsən Donsovanı bəsit detektivlər yazııçısı kimi qələmə verərdim. Onun əsərləri fantastik məişət detektivləridir və əsasən seriallara baxan yaşlı evdar xanımlar üçün nəzərdə tutlub. Ən azı onun beş-altı əsəri ilə tanış olandan sonra bu qənaətə gəldim.



Boris Akunun isə tam başqa bir yazıçıdır. Onun əsərlərini oxuyandan sonra başa düşürsən ki, bu yazıçının ən üstün cəhəti - eksperiment aparmaqdan çəkinməməmkdir. Hər bir əsərində müxtəlif yazı janrlarını və mövzuları birləşdirib, oxuyucuya maraqlı bir əsər bəxş edir. Təbii ki eksperimentləri daima uğurlu alınmasa da, o çalışır. O, Aleksand Düma və Jül Vern kimi macəra ustadı, Çingiz Abdullayev kimi siyasi detektiv ustadı, ara-bir Şərq fəlsəfəsinin mütəfəkkiri kimi Yapon aforizmlərindən istifadə edən, hətta Çesterton kimi din xadimini də xəfiyyə kimi təqdim edən kompleks bir yazardır.

Boris Akuninin ən məşhur və uğurlu əsər qəhrəmanı - Erast Fandorindir. (Bu qəhrəmanın prototipləri Akunin üçün iki nəfər olub - İ.D.Putilin və А.F. Koşko). Öz qəhrəmanını o, demək olar ki ideal supermen səviyyəsinə qaldırır. Lakin ən pis cəhəti odur ki, o Allaha inanmır. Erast həm yapon fəlsəfəsini bilir həm də yapon döyüş növlərini əla öyrənir. Hətta nindzyaların başçısının yanında təlim keçir. Güclü məntiqə malikdir, bütün məsələləri və detalları xırdalayaraq silsilə kimi barmaqlarını qatlayaraq bir-bir sayır - "... - bu bir, ... - bu iki, ... - bu üç ...". Məşhur xəfiiyyə ustaları kimi maskalanma bacarıına malikdir. Qumarda həmişə bəxti gətirir, lakin bundan çox az istifadə edir. Xəfiyyənin dostu isə yapon yakudzasından canını qurtarmış Masadır. Siz fikir verdinizsə, Akuninin əsərlərində Yapon mövzusu çox geniş yer alıb. Bu da təbiidir. Axı Boris Akunin uzun illər yapon dilindən tərcüməçi işləyib və gözəl əsərləri tərcümə edib.

Boris Akunin başqa bir maraqlı cəhəti odur ki, o virtual nəsil yaradır və müxtəlif əsərlərinin qəhrəmanlarını bu nəslin nümayəndələrindən edir (http://tree.fandorin.ru). Hollandiyadan gələn Karnelius fon Dorndan Rusiyada Fondorinlər, Fandorinlər, Dorinlər və s. yaranır.



Boris Akuninin əsas əsərləri

Erast Fandorinin sərgüzəştləri
İn və Yan.
1) Azazel
2) Türk qambiti
3) Leviafan
4) Axillesin ölümü
5) Xüsusi tapşırıqlar: Qaratoxmaq valet
6) Xüsusi tapşırıqlar: Bəzəkçi
7) Mülki müşavir
8) Tac qoyma mərasimi yaxud Romanovun sonuncusu
9) Ölümün məşuqəsi
10) Ölümün aşiqi
11) Almazdan cəng arabası
12) Nefritdən yığılmış təsbeh
13) Bütün dünya tamaşadır


Magistrın  sərgüzəştləri (baronet Nikolas Fandorin, Erast Fandorinin nəvəsi)
1) Altun-Tolobas
2) Sinifdən xaric mütaliə
3) F.M.
4) Şahin və Qaranquş


Əyalət xəfiyyəsi və ya rahibə Pelagiyanın sərgüzəştləri
1) Pelagiya və ağ buldoq
2) Pelagiya və qara rahib
3) Pelagiya və qırmızı xoruz


Bruderşaft üsulu ilə ölüm
1) Körpə və şeytan
2) Sınıq ürəyin əzabı
3) Uçan fil
4) Ayın uşaqları
5) Qəribə adam
6) Qələbə gurultusu, səslən!
7) Mariya, Mariya
8) Müqəddəs heç nə qalmadı


Qəbiristan əhvalatları


Fantastik detektivlər
Uşaq kitabı
Casus romanı
Fantastika
Kvest


Səfehlər üçün nağıllar
1) Ehtiras və vətəndaşlıq vəzifəsi
2) Vicdanın əsiri
3) Şərq və Qərb
4) Vətənin xilaskarı
5) Tefal, sən həmişə bizi düşünürsən
6) PSTD
7) Limuzinanın hədiyyəsi
8) Problem 2000



1 комментарий:

  1. In this fashion my colleague Wesley Virgin's report begins in this shocking and controversial VIDEO.

    Wesley was in the army-and shortly after leaving-he revealed hidden, "self mind control" tactics that the CIA and others used to obtain everything they want.

    As it turns out, these are the exact same secrets lots of celebrities (especially those who "became famous out of nothing") and top business people used to become rich and successful.

    You've heard that you use only 10% of your brain.

    That's mostly because most of your brainpower is UNCONSCIOUS.

    Maybe this conversation has even taken place IN YOUR very own head... as it did in my good friend Wesley Virgin's head 7 years back, while riding an unlicensed, trash bucket of a car with a suspended license and with $3.20 in his bank account.

    "I'm absolutely fed up with living paycheck to paycheck! When will I finally make it?"

    You've been a part of those those types of thoughts, isn't it so?

    Your very own success story is waiting to happen. You need to start believing in YOURSELF.

    WATCH WESLEY SPEAK NOW

    ОтветитьУдалить