суббота, 26 марта 2011 г.

Saltıkov-Şedrin - Ağıllı qumlaqçı (Ağıllı qumbaşbalığı)


Saltıkov-Şedrin (əsl adı Mixail Yevqrafoviç Saltıkov) - məşhur ruz yazıçısı, satiriki, publisisti və tənqidçisi 1828 -ci il yanvarın 15 anadan olmuşdu. Onun ən məşhur əsərləri "Xoşniyyətli danışıqlar" (1872-1876), "Bir şəhərin tarixçəsi" (1870), "Taşkentli cənablar" (1869-1872), "Qolovlyov cənabları" (1880), "Nağıllar" (1869-1886) və s. 1889 -cu il aprelin 28 vəfat etmişdi.





Ağıllı qumlaqçı (Ağıllı qumbaşbalığı)
Премудрый пескарь
("Nağıllar" toplusundan, 1883 -cü il)

Biri varmış, biri yoxmuş, bir qumlaqçı varmış. Onun atası da, anası da ağıllı imış. Lap Nuh əyyamından çayda qorxa-qorxa yaşamışdılar, nə balıq şorbasına, nə durnabalığının ağzına düşmüşdülər. Oğlanlarına da bunu öyrətmişdilər. Qoca qumlaqçı öləndə oğluna demişdi: "Oğul, dünyada keflə yaşamaq istəyirsənsə, gözüaçıq ol!"

Cavan qumlaqçının da dərya qədər ağiı vardı. Bu ağlını işə salıb gördü ki, onun hər tərəfdən yolu kəsiltmişdir, tərpənməyə imkan yoxdıır. Ətrafında üzən balıqların hamısı yekədir, amma o, bu balıqların hamısından balacadır. Hər yetən balıq onu uda bilər; o heç birini uda bilməz. Bir də ki, o bir şeyi heç başa düşə bilmirdi: axı udmaq niyə? Xərçəng onu öz qısqacı ilə kəsib iki yere bölə bilər, su birəsi belinə yapışıb qanını sora-sora, əzab verə-verə onu öldürə bilər. Qumbaşbalıqları da onun ağcaqanad tutduğunu görən kimi sürü ilə üstünə cumar, ağcaqanadı onun əlindən alıb öz aralarında dalaşmağa başlarlar, ağcaqanadı da nahaq yerə əzib tökərlər.



Bəs insan? Heç belə də hiyləgər məxluq olar? qumlaqçını nahaq yere məhv etmək üçün min cür fitnə-fəsad düzəldirlər. Cürbəcür tor atırlar, səbət atırlar, bir də ki... tilov! Belə baxanda deyir-sən ki, dünyada tilovdan səfeh şey olmaz. Nazik bir ip, ipin ucunda bir qarmaq, qarmağa da bir soxulcan, ya milçək taxılıb... Özü də necə taxılıb? Lap sarsaq bir şəkildə! Amma ən çox da qumlaqçıları bu tilova düşür!

Qumlaqçının qoca atası dəfəlerlə onu tilovdan çəkindirib demişdi: "Hər şeydən çox, özünü tilovdan gözlə! Hərçənd tilov çox səfeh şeydir, ancaq nə qədər səfeh olsa da, biz qumlaqçılan üçün bir o qədər qorxuludur. Guya yaxşılıq eləmək üçün bizə milçək atırlar, elə ki bu milçəyə ağız atdın - işin bitdi, heç demə, bu mil-çəkdə ölüm varmış".

Qoca öz oğluna, bir dəfə az qala şorbaya düşəcəyindən də danışdı. O zaman adamlar balığı artellə dəstə-dəstə olub tutarmışlar. Bütün çay eni suya tor atar, iki verstə qədər bu torı çayın dibi ilə sürüyə-sürüyə apararmışlar, tora da hədsiz-hesabsız balıq düşərmiş! Bıırada durnabalığı da olarmış, xanıbalığı da, ilarya balığı da, çampabalığı da, yayın balığı da... Hətta tənbəl çapaq balıqlarını da suyun dibin-dən, ot-əncər arasından sürüyüb çıxararlarmış! Tora düşən qum-başbalığının daha heç sayı-hesabı olmazmış! Qoca qumlaqçı da onda yamanca işə düşübmüş: onu tora salıb, çayın dibi ilə sürü-yəndə o elə qorxular keçiribmiş ki, meşələr qələm olsa, dənizlər mürəkkəb - bunu yazıb başa çatdırmaq olmaz! Hiss edirmiş ki, onu harasa aparırlar, amma hara apardıqlarını bilmirmiş. Baxıb görür-müş ki, bir tərəfındə durnabalığı, bir tərəfində də xanıbalığı durub, öz-özünə deyirmiş ki, indi bu saat bunlardan biri məni yeyəcək.



Amma ona dəymirlermiş... "Qardaş, onda hər kəs öz başı hayında idi, heç yemək yada düşmürdü. Hamı ancaq bir şeyi fikirləşirdi: ölüm ayağıdır! Ancaq bunun necə, nə üçün baş verdiyini heç kəs bilmirdi. Axırda toru yığmağa başladılar, çəkib sahilə çıxartdılar, balıqları otun üstünə tökdülər. Mən də balıq şorbasının nə demək olduğunu burada gördüm. Qum üstündə qırmızı bir şey titrəyirdi, bundan da havaya boz duman qalxırdı, elə də isti idi ki, mən o saat süstləşib əldən düşdüm. Onsuz da susuzluqdan yamrdım. Həmin bu "tonqal"ın üstünə qara bir şey qoyulmuşdu, onun içindəki su, fırtınalı göl ktmi dalğalanırdı, qara şeyə də "qazan" deyirdilər. Axırda dedilər ki, balıqları qazana atın, qoy "şorba" olsun! başladılar balıqları qazana tökməyə. Balıqçı böyük balıqlardan birini qazana atanda, baliq əvvəl suyun dibinə gedirdi, sonra dəli kimi  suyun üzünə qal-xırdı, sonra yenə də suyun dibinə gedib sakitləşirdi, Bununla da mən balıq şorbasının nə  demək olduğunu gördüm. Əvvəl heç ağına-bozuna baxmırdılar, əllərinə keçəni qazana atırdılar, sonra qoca  balıqçı mənə baxıb dedi: "Belə xırda şeydən nə şorba olar, qoy getsin çayda böyüsün!" Bunu deyib məni  qəlsəməmdən tutub suya atdı. Mən də axmaq deyildim ki: var gücümlə birbaş evə qaçdım. Gəlib gördüm  ki, arvadım yuvadan bayıra baxır, özü də o qədər qorxub ki, nə ölü kimi ölüdür, nə diri kimi diri... 
 
Axırı nə oldu?! Qoca, balıq şorbasından, bunun necə hazırlanmasından çox danışdı, lakin, hələ indiyə qədər çayda çox azı balıq şorbasının nə demək olduğunu düzgün başa düşmürlər...

Cavan qumlaqçı atasının öyüd-nəsihətini unutmadı, onu yaxşıca yadında saxladı. O elmli, bitərəf liberal, dünyagörmüş bir qumlaqçı idi, özü də çox yaxşı bılirdi ki, yaşamaq, ömür sürmək - çömçə yalamaq deyil. Öz-özünə deyirdi: "Gözüaçıq ol, yoxsa tələf olub gedərsən". O da yaşamağa, ömür sürməyə başladı. Hər şeydən əvvəl düşünüb, belə bir qərara gəldi: "Özümüzə gərək elə bir yuva tikəm ki, məndən başqa heç kəs ora girə bilməsin!" Bütün bir il öz burnu ilə eşə-eşə bu yuvanı qayırdı. Bu müddətdə gecələri gah lil içində, gah ayıpəncəsi altında, gah cil arasında qalıb çox qorxular keçirtdi! Axır ki, yuvanı hazırlayıb qurtardı. Çox da gözəl yuva oldu; təmiz, səliqəli! Elə bir yuva ki, ancaq özü yerləşə bilərdi. Yaşamaq haqqında onun ikinci qərarı bu oldu: gecə, insanlar, heyvanlar, quşlar, baliqlar yatandan sonra gəzməyə çıxacaq, gündüz də yuvada qalıb titrəyəcək. Hər necə olsa, ona yemək-içmək lazımdı, ancaq o nə maaş alırdı, nə də qulluqçu saxlayırdı; buna görə günortaya yaxın bütün balıqlar çox olanda, yuvadan çıxacaq, görsün ki, bəlkə cücüdən-zaddan tuta bildi. Tuta bilməsə, gedib ac-acına öz yuvasına girib uzanacaq, yenə də titrəməyə başlayacaq. Tox qarınla həyatdan məhrum olmaqdansa, ac qalmaq yaxşıdır!

O belə də eləyirdi. Gecələr gəzməyə çıxardı, ay işığında çimərdi, gündüz də yuvasına girib titrərdi. Ancaq günorta vaxtı cücüdən-zaddan bir şey tutmaq üçün yuvadan bayıra çıxardı, Bu vaxt da ne tutmaq olardı! Günorta vaxtı ağcaqanadlar istidən yarpaq altında gizlənir, cücülər də ağac qabığının arasına girir. O ancaq su içib yuvasına qayıdardı, vəssalam!

Bu qayda ilə günü-günə sataraq yuvasında qalardı, gecələr doyunca yuxu yatmazdı, doyunca yemək yeməzdi, özü də hemişə fikirləşərdi: "Deyəsən axı sağ-satamatam? Ah, görəsən sabah nə olacaq?" Sonra da birtəhər gözünə yuxu gedərdi. Yuxusunda da görərdi ki, onun uduş bileti var, özü də iki yüz min udub... Sevincindən özünü unudaraq, o biri böyrü üstə çevrilərdi, bir də görərdi ki, başının yarısı yuvadan bayıra çıxıb... Bu zaman ora balaca bir dumabalıği gəlsəydi, onun halı necə olardı: onu dartıb yuvasındançıxarardı!

Bir gün yuxudan ayılıb gördü ki, düz yuvasının qabağında bir xərçəng dayanıb. Elə də sakit dayanıb ki, sanki ovsunlanıb, gözlərini bərəldib ona baxır. Ancaq axan su onun bığlarını tərpədir. O yaman qorxdu! Hava qaralana kimi xərçəng onu güddü, yuvadan bayıra çıxmasını gözlədi, o da öz yuvasında qalıb tir-tir əsdi.
Bir gün də, dan yeri ağarana yaxın, yuvasına təzəcə qayıtmışdı, şirin-şirin əsnəyərək təzəcə yatmağa
hazırlaşırdı, bir də gördü ki, haradansa bir durnabalığı gəlib düz onun yuvasının qabağında durub, dişlərini şaqqıldadır. Durnabalığı bütün günü onun keşiyini çəkdi, sanki ona baxmaqdan qarnı doyurdu. Lakin o durnabalığını da aldatdı: yuvadan bayıra çıxmadı ki, çıxmadı.  



Bu əhvalat da bir gün deyil, iki gün deyil, hesab elə ki, hər gün onun başına gəlirdi. Hər gün o, titrəyə-titrəyə qalibiyyət qazanırdı, üstün gəlirdi, hər gün də öz-özünə deyirdi: "Şükür sənə, Tanrı, sağ-salamatam!"

Bu hələ harasıdır: o evlənməmişdi, oğul-uşağı yox idi. Amma atasının böyük bir ailəsi vardı. O belə düşünürdü: o zaman atam çox asanlıqla yaşaya bilirdi! Onda durnabalıqları mərhəmətli idi, xanı-balıqları bizim kimi xırda-xuruş şeylerə göz dikməzdi. Hərçənd bir dəfə atam az qala şorba qazanına düşəcəkmiş, ancaq yenə də bir qoca tapılmış, onun canını qurtarmışdı! Amma indi, balıq ki çaylardan qurtarıb,  qumlaqçıları da hörmətı minmişlər. İndi heç ailə yada düşrnür, hər kəs öz başı hayındadır! 

Ağıllı qumlaqçı bu qayda ilə yüz ildən çox yaşadı. Həmişə də tir-tir əsərdi. Onun nə dostu vardı, nə qohum-əqrəbası; o heç kəsin evinə getməzdi, heç kəs onun evinə gəlməzdı. Qumar oynamazdı, çaxır içməzdi, papiros çəkməzdi, gözəl qızların dalınca düşməzdi. Ancaq tir-tir əsərdi, həmişə də ancaq bir şey düşünərdi: "Şükür Tanrıya! Deyəsən, sağ-salamatam!"
Hətta durnabalıqları da onu tərifləməyə başladıiar: dedilər: "Hamı belə yaşasaydı, çayda da sakitlik olardı!" Ancaq onlar bunu bicliklə deyirdilər, istəyirdilər ki, qumlaqçı bu tərifə aldanıb bayıra çıxsın, desin ki, həmin tərif olunan balıq mənəm! Onlar da elə o saat onu qapıb yesinlər! Bu hiyləyə də aldanmadı, fıtnə-fəsad törədən düşmənə yenə də öz ağlı ilə qalib gəldi!




Yüz il keçdi; bundan sonra o, daha neçə il yaşadı - bunu heç kəs bilmirdi. Ancaq bir gün ağıllı qumlaqçı ölməyə başladı. O öz yuvasında böyrü üstə yatıb fıkirləşirdi: "Şükür Tanrıya, mən də atam kimi, anam kimi öz əcəlimlə ölürəm!" Elə bu arada durnabalığının sözü yadına düşdü: "Əgər hamı bu ağıllı qumlaqçı kimi yaşasaydı..." "Doğrudan da, hamı mənim kimi yaşasaydı, onda nə olardı?.."

O öz dərya qədər ağlı ilə götür-qoy eleməyə başladı, birdən elə bil ki, kim isə pıçıldayaraq ona dedi; "Hamı sənin kınıi yaşasaydı, onda yəqin ki, bütün qumlaqçının nəsli lap çoxdan kəsilmiş olardı!" Qumlaqçı nəslinin kəsilməməsi üçün, hər şeydən əvvəl, ailə lazımdır, amma onun ailəsi yoxdur. Bir də ki, qumlaqçı ailəsinin möhkəm olması, inkişaf etməsi, həm də üzvlərinin sağlam və gümrah olması üçün onlar gərək öz təbii mühitlərində yaşayıb, tərbiyə olunsunlar, sənin kimi yuvanın ala-qaranlığında ömürlərini  çürüdüb gözlərini kor eləməsinlər. Bundan əlavə, gərək qumbaş-balıqları lazımınca yemək yesinlər,  cəmiyyətdən qaçmasınlar, bir-birinə hörmət eləsinlər, bir-birindən xeyirxahlıq və başqa gözəl şeylər  öyrənsinlər. Ancaq belə bir həyat qumlaqçı nəslini inkişaf etdirə bilər, onun cırlaşıb məhv olmasına yol  verməz.

Bəziləri elə zənn edirlər ki, qorxudan ağlını itirən, yuvada tir-tir əsən qumlaqçıları ləyaqətli vətəndaş hesab oluna bilərlər, -onlar yanılırlar. Onlar vətəndaş deyil, olsa-olsa xeyirsiz qumlaqçıdır. Onlar heç kəsə nə yaxşılıq elər, nə pislik; nə xeyrə yararlar, nə şərə; onların varlığı ilə yoxluğu hiss ohunmaz... boş-boşuna  yaşarlar, nahaq yerə yer tutarlar, yemek yeyərler...

Bu şeyləri elə açıq, elə aydın təsəvvür etdi ki, birdən onun könlündə böyük bir arzu oyandı: "gəlsətnə yuvadan çıxıb, bütün çay boyu lovğa-lovğa bir üzüm!" Bunu düşünən ktmi yenə də qorxdu. Yenə də titreyə-titrəyə ölməyə başladı. O titrəyə-titrəyə yaşamışdı, titrəyə-titrəyə də ölürdü! 

Keçirdiyi həyat bir anda onun gözləri önündə canlandı. Onun fərəhli günləri olmuşdurmu? O kimin könlünü ovundurmuşdu? Kimə xeyirli bir məsləhət vemıişdi? Kimə xoş bir söz demişdi? Kimi öz yanına sığındırmış, isindirmiş, kimi müdafiə etmişdi? Onun yaşayıb-yaşamadığmdan kimin xəbəri vardı? Kim onu xatırlayacaqdı?

Bu sualların hamısına ancaq mənfı cavab verməli oldu. O bütün ömrü boyu tir-tir əsmişdi, ayrı heç bir şey eləməmişdi. İndi ölüm onun başının üstünü almışdı, o  yenə də titrəyirdi, özü də heç bilmirdi ki, nə üçün titrəyir. Onun yuvası qaranlıqdı, dardı, heç tərpənməyə  imkan yoxdu. Ora gün işığı düşmürdü, orada istilik hiss olunmurdu. O gücdən düşmüşdü, gözlərinin işığı  sönmüşdü, o heç kəsə lazım deyildi, belə bir vəziyyətdə də yuvasının rütubətli qaranlığı içində yıxılıb  qalmışdı; gözləyirdi ki, ölüm nə vaxt onu aparacaq, bu mənasız yaşamaqdan xilas edəcəkdir.

Yuvasının qabağından başqa balıqların o yan-bu yana qaçışdığını eşidirdi: bəlkə onlar da qumlaqçıdır!..  

Heç biri onunla maraqlanmır; bircəciyinin də ağlına gəlmir ki, desin: qoy gedim bir bu ağıllı qumlaqçından soruşum, görüm o necə eləmişdi ki, yüz ildən də çox yaşaya bilmışdir: nə durnabalığı onu udmuş, nə xərçəng öz qısqacları ilə onu iki yerə bölmüş, nə də balıqçı öz tilovu ilə onu tuta bilmişdir... Öz keflərinə üzüb gedirlər. Bəlkə də bu yuvada ağıllı qumlaqçının öz ömrünü başa vurduğunu heç bilmirlər?!. 

Hər şeydən də çox ona ağır gələn nə idi: heç kəs onu ağıllı adlandırmırdı! Elə hamı deyirdi: "bir sarsaq var: yemir, içmir, heç kəsin yanına getmir, heç kəslə duz-çörək kəsmir, elə ancaq öz mənfur həyatını qoruyur,  — bunu eşitmisənmi?!" Hətta bəziləri onu axmaqda, bədnam da adlandırır, suyun belə səfehlərə necə  dözdüyünə təəccüb edirlər...

O öz ağlı ilə bu cür götür-qoy eləyirdi, yuxuya gedirdi. Əslində o yuxuya getmirdi, yavaş-yavaş huşunu itirirdi. Onun qulaqları səs salırdı. O can verirdi, bütün bədəni sustaldı. Yenə əvvəlki gözəl yuxunu gördü. 
Gördü ki, iki yüz min manat udmuşdur, yarım arşın böyümüşdür, özü də durnabalığını udur...

Bunları yuxuda gördükcə onun başı yavaş-yavaş yuvasından bayıra çıxdı.

Birdən yox oldu! Ona nə oldu? Durnabalığımı onu uddu? Xərçəngmi qısqaclan ilə iki yerə böldü? Ya özümü öz əcəli ilə ölüb suyun üzünə qalxdı, - bunu görən olmadı. Yəqin ki, öz əcəli ilə ölmüşdü; çünki durnabalığına nə düşmüşdü ki, belə can verən, xəstə, özü də belə ağıllı qumlaqçını udsun!



Комментариев нет:

Отправить комментарий